ABŞ-dan SON DƏQİQƏ Qarabağ açıqlaması: Azərbaycana...
Bayden-Harris rəhbərliyi Azərbaycana təhlükəsizlik yardımını nəzərdən keçirəcək.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken deyib.
"Bu yaxınlarda Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ilə əlaqədar olaraq rəhbərliyimiz Azərbaycana olan təhlükəsizlik yardımımızı nəzərdən keçirəcək", - Blinken bildirib.
Amerikanın Erməni Milli Komitəsi açıqlayıb ki, ABŞ, həmçinin, Ermənistana da eyni yardımı göstərmək niyyətindədir.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendesin ABŞ-ın ATƏT-in Minsk qrupu prosesindəki iştirakı ilə bağlı sualına cavab olaraq, Blinken "prezident dedi ki, Amerika Birləşmiş Ştatları avropalı müttəfiqləri ilə işləyərək münaqişəyə davamlı həll yolu tapmaq üçün diplomatik səylərə rəhbərlik etməli və əzablara son qoymaq üçün beynəlxalq humanitar yardım göstərməlidir. Təsdiqlənərsə, ABŞ-ın Dağlıq Qarabağın təhlükəsizliyini qoruyan və müharibənin yenidən başlamasının qarşısını alan axtarışını gücləndirəcəyəm. Buraya ABŞ-ın həmsədri olduğu Minsk qrupu vasitəsilə əlaqələrimizi gücləndirmək və üçüncü şəxslərin bundan sonrakı müdaxiləsinin qarşısını almaq üçün əlavə diplomatik işlər də daxildir" sözlərini deyib.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək