ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?

ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?Vaşinqtonun İrəvanı Bakı ilə ilkin sülh razılaşmasına imza atmağa inandırması, digər məsələlərlə yanaşı, həm də "Nvidia" süni intellekt mikroçiplərinə çıxış vədi sayəsində mümkün olub.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri danışıqlar prosesində iştirak edən mənbələrə əsaslanaraq məlumat yayıb.
Bildirilib ki, Hrazdan şəhərindəki "Firebird" məlumat mərkəzi üçün çiplərin alınmasına genişləndirilmiş icazələrin verilməsi İrəvan üçün əsas stimullardan biri olub. ABŞ-li diplomatlar hesab ediblər ki, Birləşmiş Ştatlarla daha sıx iqtisadi əlaqələr təklif ediləcəyi təqdirdə Ermənistanın sülh prosesinə razılıq vermək ehtimalı artacaq. Qəzet qeyd edib ki, bu addım güclü "Nvidia" çiplərinin alınmasına icazənin verilməsini də əhatə edirdi.
"Firebird" layihəsinin müəllifləri 2027-ci ilin sonuna qədər sözügedən məlumat mərkəzində 70 min ədəd ən yeni "Nvidia Grace Blackwell" və "Vera Rubin" süni intellekt serverlərini yerləşdirməyi planlaşdırırlar.
ABŞ-nin Ermənistandakı keçmiş səfiri Kristina Kvin nəşrə açıqlamasında bildirib ki, "Nvidia" şirkəti bu sövdənin çox vacib bir detalı olub.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün bərqərar olması, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılıb.
TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçəcək strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.
İqtisadi xarakter daşıyan bu təşəbbüsə dəmir yolu, avtomobil magistralı, neft və qaz kəmərləri, həmçinin optik-lifli rabitə xətlərinin inşası daxildir. Layihənin icrası Ermənistan qanunvericiliyinə uyğun olaraq, heç bir hərbi komponent olmadan ABŞ şirkəti tərəfindən həyata keçiriləcək. Plana əsasən, Birləşmiş Ştatlar layihənin icrası üçün 99 ilə qədər eksklüziv hüquqlar əldə edəcək və bəzi sahələri infrastrukturun inkişafı və təhlükəsiz istismarına cavabdeh olacaq beynəlxalq konsorsiuma subicarəyə vermək imkanına malik olacaq.

Siyasi       Tarix: 05 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler