ABŞ helikopteri qəza keçirdi: İtkin düşənlər var
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS George H.W. Bush" təyyarədaşıyan gəmisinə təhkim olunmuş "MH-60S Seahawk" helikopteri Ərəbistan dənizində qəzaya uğrayaraq suya düşüb. Bu barədə ABŞ-nin Beşinci Donanmasının komandanlığı məlumat yayıb.
KONKRET.az xəbər verir ki, qəza zamanı göyərtədə olan dörd heyət üzvündən üçü xilas edilib və onların vəziyyəti stabil olaraq qiymətləndirilir. Hazırda dördüncü hərbçinin axtarışları davam etdirilir. İlkin məlumatlara görə, hadisənin hər hansı xarici müdaxilə və ya düşmən fəaliyyəti nəticəsində baş verdiyinə dair heç bir əlamət yoxdur; insidentin dəqiq səbəbləri araşdırılır.
Qeyd edək ki, bu, regionda son həftələr ərzində baş verən ikinci Amerika hərbi helikopter qəzasıdır. İyunun 9-da Oman körfəzində "AH-64 Apache" helikopteri qəzaya uğramışdı. Həmin vaxt ABŞ Prezidenti Donald Tramp helikopterin İran qüvvələri tərəfindən vurulduğunu bəyan etmiş, lakin heyət üzvlərinin xilas edildiyini bildirmişdi.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK