ABŞ-ın gündəlik neft hasilatı 13,1 milyon barrel olub
Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı artır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 100 min barrel çoxalaraq sutkada orta hesabla 13,1 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 127 min barrel artaraq sutkada 6,5 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 960 min barrel çoxalaraq gündəlik 4,3 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 13 milyon barrel olacaq. 2021-ci ildə isə gündəlik hasilatın 13,56 milyon barrelə çatacağı gözlənilir.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.
Milli.Az /news.milli.az

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü