ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?
Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqişə riskinin artdığı ilə bağlı narahatlıqlar güclənib. ABŞ ordusunun İrana endirdiyi növbəti zərbələr iki ölkə arasında onsuz da yüksək olan gərginliyi daha da artırıb.
Politoloq Oktay Qasımov azxeber.com-a açıqlamasında deyib ki, ABŞ İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək ona qarşı zərbələr endirməyə davam edir:
"ABŞ İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək ona qarşı zərbələr endirməyə davam edir. Çünki ötən ay əldə olunan razılaşmaya əsasən, İran Hörmüz boğazında gəmiçiliyin sərbəst hərəkətini təmin etməli və onun müharibədən əvvəlki vəziyyətə qayıtmasına imkan yaratmalı idi. Lakin İran bunun əvəzinə təxribat xarakterli addımlar atdı. Hətta Oman sularından keçən bəzi tankerlər də hədəfə alındı. Bu isə, şübhəsiz ki, ABŞ prezidentinə İranı yenidən danışıqlar masasına qaytarmaq və onu müəyyən şərtləri qəbul etməyə məcbur etmək üçün əlavə əsaslar verdi. Artıq bir həftəyə yaxındır ki, ABŞ İrana qarşı məhdud hərbi əməliyyatlar həyata keçirir".
O vurğulayıb ki, bu zərbələrin savaşa çevrilməsi real görünmür:
"Bunun genişmiqyaslı müharibəyə çevriləcəyi ehtimalı isə aşağıdır. Donald Tramp da bildirib ki, arxa masada danışıqlar davam edir və əsas məsələ onları yenidən danışıqlar masasına əyləşdirməkdir. Bu baxımdan, qarşıdurmanın genişmiqyaslı regional müharibəyə çevrilməsi ehtimalı yüksək görünmür. Əsas hədəf İranı zəiflətmək, danışıqlar masasında müəyyən şərtləri qəbul etdirmək və ABŞ-nin bölgə ilə bağlı strateji planlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqdır".
Şahanə Ziyad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK