ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki
ABŞ və İran arasında son dövrlər müşahidə olunan hərbi-siyasi gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında atəşkəsin vaxtaşırı pozulması və qarşılıqlı ittihamlar "bu qarşıdurma regional çərçivədən çıxaraq daha genişmiqyaslı müharibəyə çevrilə bilərmi?" sualını aktuallaşdırıb.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran arasında əldə edilmiş razılaşmalar və memorandum qüvvəsini qorusa da, vəziyyət kifayət qədər həssas olaraq qalır.
Onun sözlərinə görə, son günlər atəşkəs pozulsa da, tərəflər yenidən razılığa gələ biliblər:
"Hazırda İran daxilində də bu sazişə qarşı çıxan qüvvələr var. ABŞ və İsrail əvvəldən razılaşmanın əldə olunmamasında maraqlı idilər. Göründüyü kimi, ABŞ-İran memorandumu kifayət qədər gərgindir və istənilən an pozula bilər. Son qarşılıqlı zərbələr də bunu göstərir."
Politoloq qeyd edib ki, bütün risklərə baxmayaraq, həm Vaşinqton, həm də Tehran genişmiqyaslı müharibəyə səbəb olacaq addımlardan yayınmağa çalışır.
"İran daxilində mühafizəkar qüvvələr müharibənin davam etdirilməsində maraqlıdır. Əgər atəşkəs yenidən pozularsa, ABŞ-nin İrana daha genişmiqyaslı zərbələr endirməsi mümkündür. Lakin hesab etmirəm ki, bu, Üçüncü Dünya Müharibəsinə çevriləcək. Tərəflər belə bir ssenarinin nəticələrini yaxşı anlayırlar və bundan çəkinirlər."
Əsədullazadənin fikrincə, hazırda diplomatik kanallar açıq saxlanılır və tərəflər arasında danışıqlar prosesi davam edir. O, bildirib ki, yaxın vaxtlarda ABŞ və İran nümayəndələrinin Qətərdə yenidən bir araya gəlməsi də gözlənilir ki, bu da gərginliyin siyasi yollarla həlli ehtimalını artırır.
Aynurə İsmayıl
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK