ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama

ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlamaABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, İran Silahlı Qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbələr endirəcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
Bəyanatda bildirilib ki, ABŞ-nin təhdidləri həyata keçiriləcəyi təqdirdə, bölgədəki ABŞ-yə məxsus bütün infrastruktur İran Silahlı Qüvvələrinin hədəfinə çevriləcək.
Politoloq Mətin Məmmədli azxeber.com-a açıqlamasında deyib ki, sözügedən hadisə baş verərsə, bu müharibənin miqyasını da xarakter etibarilə dəyişə bilər:
ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama"Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbələr endirməklə bağlı təhdidləri reallaşarsa, bu, müharibənin miqyasını da xarakter etibarilə dəyişə bilər. Xüsusilə də nəzərə alsaq ki, İranın enerji infrastrukturuna və əsas logistika xətlərinə zərbələr endirilərsə, tərəflər arasında müharibəni xeyli genişləndirə bilər. Ona görə də nəzərə almaq lazımdır ki,ABŞ bu günə qədər İranın kritik enerji infrastrukturuna zərbələr endirməkdən çəkinib".
Politoloq vurğulayıb ki, ABŞ-nin zərbələri İran üçün sosial-iqtisadi baxımdan fəlakətli nəticələr doğura bilər:
"Bu, İran üçün sosial-iqtisadi baxımdan fəlakətli nəticələr doğura bilər. Belə bir zərbə olacağı təqdirdə İran da, təbii ki, öz təhlükəsizliyini qorumaq üçün bütün vasitələrdən istifadə edərək ABŞ-yə, onun regiondakı hərbi bazalarına və müttəfiqlərinə qarşı cavab verməyə çalışacaq.
Təbii ki, bu, ABŞ üçün də müəyyən risklər və təhdidlər yaradır. Hazırkı mərhələdə tərəflər əsas məsələlər üzrə hər hansı formada razılığa, kompromisə gələ bilmirlər. Danışıqların uğursuzluqla nəticələnməsi isə müharibədə eskalasiya riskini xeyli artırır".
Şahanə Ziyad

Siyasi       Tarix: 16 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər ən son xəbərlər cəbhədən görüntüleri