"ABŞ-la münasibətlər kəskinləşə BİLƏR" - AÇIQLAMA
"ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətinin kökündə Vaşinqtonun erməni sevgisi dayanmayıb. Amerika bölgəyə məhz Ermənistan üzərindən daxil olmağı hədəfləyib. Eyni zamanda, Rusiyanın regiondan sıxışdırılmasında canfəşanlıq edən ABŞ yenə "erməni kartı"ndan istifadə edir".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Bildirib ki, ABŞ – Azərbaycan münasibətləri bu ilin sentyabrın 19-na kimi müsbət istiqamətdə inkişaf edirdi. Eyni zamanda amerikalılar vasitəçilikdə də maraqlı görünürdülər.
"Amma Azərbaycan antiterror tədbirləri keçirdikdən sonra ABŞ-ın mövqeyi dəyişdi. Bu proseslərdə ABŞ-dakı erməni lobbisinin həyata keçirdiyi anti-Azərbaycan təbliğatı da önəmli rol oynayır. Həmçinin, regionda müstəqil siyasət həyata keçirən Azərbaycanın mövqeyi ABŞ-da qıcıq yaradır. Ermənistan isə konkret olaraq Vaşinqton və Brüsselin çaldığı ilə oynayır. Əvvəl Moskvadan təlimatlar alan ermənilərin indi Vaşinqtona üz tutması ABŞ-ın bölgəyə iştahasını bir qədər də artırıb. ABŞ Azərbaycana qarşı sərt mövqe tutub və bəzi qadağalar tətbiq edib. Təbii ki, bu da beynəlxalq hüquqa ziddir. Amma Blinkenin zəngindən sonra yenidən proseslər normal müstəviyə keçib. Hazırkı vəziyyəti də qənaətbəxş hesab etmək olmaz. Çünki prezident İlham Əliyev bugünkü çıxışında Vaşinqton barədə də müəyyən mesajlar verdi. Dedi ki, ABŞ Zəngəzur dəhlizinin İran tərəfdən keçidinə mane olur. ABŞ indi məhz Ermənistanın gündəliyini qəbul edir. Bu gündəlik də Azərbaycanın təhlükəsizliyinə, milli maraqlarına cavab vermir. Çünki Zəngəzur dəhlizinə gömrük və dövlət sərhəd-nəzarət sistemi quraşdırılır. Xüsusilə ABŞ Azərbaycanın apardığı xarici siyasətə müdaxilə etməyə çalışır.
Cənab Prezident də qeyd etdi ki, Qərbin vasitəçiliyi ilə sülh müqaviləsində maraqlı deyil. Əgər Ermənistan sülhdə maraqlıdırsa, Qərbi prosesdən uzaq tutmalıdır. Görünən odur ki, münasibətlər bundan sonra da kəskinləşə bilər.
Vaşinqtonun mövqeyi Ermənistanı silahlandırmaqdır. Ermənistan da ABŞ-ı Azərbaycana qarşı qoymaq istəyir. Rusiyanın regiondan çıxarılması üçün Ermənistan "kartı"ndan istifadə edən ABŞ-ın Azərbaycanı hədəfə alması ermənilərin maraqlarına tam uyğundur", – deyə politoloq fikrini yekunlaşdırıb.
Vəli Həsənov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda