ABŞ məhkəməsi Səudiyyə Ərəbistanının şahzadəsinə qarşı iddianı RƏDD ETDİ
Kolumbiya Dairə Apellyasiya Məhkəməsi jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda qarşı iddianı rədd edib.
KONKRET.azxəbər verir ki, bu barədə çərşənbə axşamı "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, hakim Con Beyts Baş nazir postunu tutduğu üçün vəliəhd şahzadənin mülki iddiada qanuni toxunulmazlığına görə şikayəti rədd etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Ər-Riyadın siyasəti ilə bağlı tənqidi məqalələri ilə tanınan Camal Qaşıqçı 2017-ci ildən ABŞ-da yaşayıb və burada "The Washington Post" qəzeti ilə əməkdaşlıq edib.
O, 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdikdən sonra yoxa çıxıb. Həmin il oktyabrın 20-də Səudiyyə Ərəbistanının hakimiyyət orqanları jurnalistin münaqişə nəticəsində diplomatik nümayəndəliyin binasında öldürüldüyü barədə məlumat yayıb.
2021-ci ilin fevralında ABŞ-ın Milli Kəşfiyyat Direktorunun Ofisi Qaşıqçının qətli ilə bağlı hesabat dərc edib. Bildirilib ki, Səudiyyə vəliəhdi jurnalisti təhdid kimi gördüyü üçün əməliyyata şəxsən icazə verib. ABŞ administrasiyası Qaşıqçının qətlində iştirak etdiyi güman edilən krallığın 76 subyektinə qarşı viza sanksiyaları tətbiq edib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı