ABŞ-nin Bakıdakı agenturası ilə gizli görüşü təxirə salındı
ABŞ-nin Azərbaycandakı səfirliyi Amerikada təhsil alan, bu ölkənin agentura şəbəkəsinə cəlb edilmiş bir qrup azərbaycanlı tələbə ilə görüşü təcili təxirə salıb.
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı aidiyyəti şəxslərə bildiriş göndərilərək görüşün qeyri-müəyyən vaxta təxirə salındığı qeyd olunub.
Məsələ burasındadır ki, "Məzunların yubiley qalası" adı verilən "tədbir" əslində, sabah 18:30-da "JW Marriott Absheron" hoteldə keçirilməli idi. Bununla bağlı ötən gün "Qafqazinfo"da məlumat yayılmış, Azərbaycanın hüquq-mühafizə orqanlarının məsələdən xəbərdar olduğu, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü oxucuların diqqətinə çatdırılmışdı.
Məhz bu xəbərdən sonra görüşün qeyri-müəyyən vaxta təxirə salınması böyük sual doğurur:
Əgər doğrudan da bu "tədbir"in niyyəti saf idisə, son vaxtlar yaranan ABŞ – Azərbaycan münasibətlərindəki gərginliklə bağlı deyildisə, hər hansısa bir təlimat xarakteri daşımırdısa, nə üçün belə adi bir görüş təxirə salındı?
ABŞ-də fövqəladə hadisə baş vermədiyini nəzərə alsaq, deməli, sualın cavabını da tapmış oluruq…



Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda
Vardanyanın arvadı Bakıya gəlmək istəyir
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında