"ABŞ-nin Ermənistanla bağlı planları məqsədyönlü deyil" - Deputat
"Bir müddət öncə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri, ermənipərəst Ben Kardin onun dili ilə desək, qondarma qurum olan "artsax"ın guya etnik təmizlənməsini və Azərbaycanın Ermənistana qarşı davam edən təcavüzünü pisləyib".
Bunu KONKRET.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.
Millət vəkili edib ki, Azərbaycan və Ernənistan vasitəçi olmadan problemləri həll etməyə çalışır və təbii ki, bu da ABŞ-ni narahat etməyə bilməz:
"Azərbaycan və Ermənistan münasibətlərini vasitəçi olmadan həll edir və təbii ki, bu da ABŞ-ni narahat etməyə bilməz. Konqresdə Azərbaycana qarşı çıxış edən şəxslər Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən maliyyələşir. Ölkəmizə qarşı səsləndirilən ittihamlara Prezident İlham Əliyev faktlarla cavab verdi. Rəsmi Vaşinqton Azərbaycanın müstəqil daxili və xarici siyasət aparmasını qəbul edə bilmir. ABŞ-nin Ermənistanla bağlı planları məqsədyönlü deyil. Baxın, İrəvan özünü qərbpərəst göstərməyə çalışsa da, əslində hər zaman Rusiyanın vassalı olub. ABŞ-nin əsas məqsədi Cənubi Qafqazda möhkəmlənmək və Rusiya ilə Çinin faəliyyətinə qarşı mübarizə aparmaqdır. Bu məntiqlə onlar regionda fəaliyyət göstərir. Baxın, Vaşinqtonun nə Azərbaycan, nə Gürcüstan, nə də Ermənistanla bağlı ciddi problemi var. Cənubi Qafqaz Yaxın Şərq deyil. Burada onların İsrail kimi ciddi müttəfiqi yoxdur. Qısası, onu demək olar ki, Azərbaycanla kimsə diqtə yolu ilə danışa bilməz. Sadəcə Birləşmiş Ştatların oxşar addımları seçkiqabağı PR kampaniyasının tərkib hissəsidir".
Məlik,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb