ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama

ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlamaİranla müharibə başlayandan sonra ABŞ ordusu illər ərzində topladığı əsas sursat ehtiyatlarının böyük hissəsini, o cümlədən bahalı "Tomahawk" raketlərini istifadə edib. Bu barədə "Financial Times" məlumat yayıb. Məlumata görə, sursat ehtiyatlarının sürətlə azalması ordunun silah anbarlarının vəziyyəti və bu ehtiyatların yenidən bərpa olunmasının mümkünlüyü ilə bağlı narahatlıq yaradıb. Bildirilir ki, Pentagon ehtiyatları yeniləmək üçün 50 milyard dollara qədər əlavə vəsait istəməyi planlaşdırır və bu məsələ Konqres daxilində ciddi siyasi müzakirələrə səbəb ola bilər.
Hərbi-ekspert Ədalət Verdiyev azxeber.com-a açıqlamasında deyib ki, Amerikanın İrana qarşı istifadə etdiyi sursatların çeşidi yalnız "Tomahawk" raketləri ilə məhdudlaşmır:
"Ukrayna-Rusiya müharibəsi və İranla gərginlik fonunda ABŞ-nin sursat ehtiyatlarında müəyyən azalmalar müşahidə olunur. Lakin bu, ABŞ-nin sursatlarının tükəndiyi anlamına gəlmir. Amerikanın İrana qarşı istifadə etdiyi sursatların çeşidi yalnız "Tomahawk" raketləri ilə məhdudlaşmır. ABŞ "Tomahawk" raketlərindən bir çox müharibələrdə istifadə edib və bu silahların ehtiyatları heç vaxt tükənməyib. Buna Yaxın Şərqdə baş vermiş müxtəlif münaqişə və müharibələri nümunə göstərmək olar. Bir sıra savaşların taleyində "Tomahawk" raketləri mühüm rol oynayıb".
O qeyd edib ki, vəsaitlə bağlı Konqresdən müsbət qərarın qəbul ediləcəyi gözləniləndir:
"Elan olunan 50 milyard dollarlıq vəsait isə ABŞ ordusunun əsasən bu müharibə zamanı istifadə etdiyi sursat ehtiyatlarının bərpası üçün nəzərdə tutulur. Hər halda, bu məbləğ ABŞ üçün kritik hesab olunmur və belə bir vəsaitin ayrılması ilə bağlı Konqresdə müsbət qərarın qəbul ediləcəyi gözləniləndir". 
Şahanə Ziyad

Siyasi       Tarix: 14 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 xeberlər cəbhədən son vəziyyət sonxeber