ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edənləri CƏZALANDIRACAQ - Sallivan
ABŞ Rusiya sanksiyalarından yayınma ilə mübarizə üçün yeni tədbirlər elan edib. Onlar "yaxın bir-iki həftə" ərzində elan ediləcək.
KONKRET.az Reuters-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Bayden administrasiyası Rusiya Federasiyasına qarşı sanksiyaları pozanlara məhdudiyyətlər qoyacaq.
Onun sözlərinə görə, Ağ Ev yaxın günləri bu məsələyə həsr edəcək.
"Düşünürəm ki, yaxın bir-iki həftə ərzində Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyə çalışanlar (ölkələr və təşkilatlar) haqqında məlumat alacağıq. Üstəlik, həm Rusiya Federasiyası daxilində, həm də onun hüdudlarından kənarda. Onlar bizim hədəfimizə çevriləcəklər", – Sallivan deyib.
Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, ruslar ölkənin siyasi rəhbərliyinin razılığı ilə sanksiyaya məruz qalan malların, o cümlədən hərbi malların Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün kanal yaradırlar.
Gürcüstanda isə əmindirlər ki, Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək etmirlər.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq