ABŞ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib - VİDEO
ABŞ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib - VİDEO
ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberger Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ səfirliyinin "Facebook" hesabında səfirin təbriki ilə bağlı videomüraciət yayılıb.
Səfir bildirib ki, bu gün Azərbaycan Novruz bayramını qeyd edir:
"Çox güman ki, azərbaycanlılar üçün köhnə ilin sonu və yeni ilin başlanğıcını simvolizə edən Novruzdan vacib heç bir bayram yoxdur. Novruz günlərində Azərbaycan xalqı qarşıdan gələn baharı gözəl, qədim ənənələri ilə salamlayır.
Bu il bir çox azərbaycanlı koronavirusun yayılmasının qarşısını almaq üçün Novruzu fərqli qeyd edəcək. Qlobal vətəndaşlar olaraq hamımızın sağlam qalması üçün əlimizdən gələni etməliyik. Asqıranda və öskürəndə ağzınızı qolun dirsək hissəsi ilə tutmalı, əllərimizi tez-tez yumalı və əgər xəstələnmişiksə, evdə qalmalıyıq. Ümid edək ki, bu Novruz hamıya barış, firavanlıq və xüsusilə can sağlığı gətirəcək. Novruz bayramınız mübarək!".

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var