ABŞ səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI
ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə nazirlikdən yayılan məlumatda bildirilib.
"ABŞ-ın Türkiyə Cümhuriyyətindəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Dövlət Departamentinin PKK-nın törətdiyi qətliama münasibətdə verdiyi açıqlamasında əksini tapan fikirlərə qarşı etiraz sərt şəkildə onun nəzərinə çatdırılıb",-deyə nazirlikdən verilən məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 14-də PKK terrorçuları İraqın Qara bölgəsində 13 nəfər Türkiyə vətəndaşını qətlə yetiriblər. Hadisəyə münasibətdə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada Türkiyənin müvafiq qurumlarının məlumatları şübhə altına alınıb. Açıqlamada "əgər türkiyəli mülki şəxslərin qətlinin PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi xəbərləri öz təsdiqini taparsa, bunu ən sərt şəkildə pisləyəcəyik", - ifadələri yer alıb.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər