ABŞ Ukrayna üçün iki layihəni işə salır
ABŞ Ukraynaya qaz tədarükü üçün bir anda iki layihəni həyata keçirməyə hazırdır.
KONKRET.azxəbər verir ki, bunu Amerikanın "Sustainable Solutions" şirkətinin baş direktoru Emil Penya deyib.
"Şirkət layihələri elan edib və artıq Estoniya sahillərində yerləşdirilməsi planlaşdırılan maye qazın qəbulu üçün üzən terminalın icarəyə verilməsi ilə bağlı müqavilə imzalayıb. Bizim bu terminala xidmət edəcək mayeləşdirilmiş qazın daşınması üçün iki tankerimiz var. Biz bu layihəni oktyabr ayına qədər işə salmağa hazırıq", – o bildirib.
Penyanın sözlərinə görə, "Naftoqaz" rəhbərliyi müvafiq danışıqlar aparmaq üçün gələn həftə Hyustona gələcək:
"İkinci layihə daha tez – yaxın bir neçə ay ərzində işə salına bilər. Şirkət AB və Ukraynada bütün lazımi icazələri almağı planlaşdırır. Əlbəttə, bu, Ukraynanın qazla bağlı bütün problemlərini həll etməyəcək. Lakin bu, qaz tədarükünün şaxələndirilməsinə, Ukraynanın enerji təhlükəsizliyinin artırılmasına imkan verəcək".//Axar.az
Turlar.az [newsid: 0-123300]

Yağışa görə bu oyun təxirə düşdü
Azərbaycan millisinin heyətində dəyişiklik
Özgür Özəl İlham Əliyevi təbrik edib
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA
Qızıl və gümüş bahalaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil