ABŞ Ukraynaya "Javelin" raketlərini tədarük edə bilmir - SƏBƏB
ABŞ çip çatışmazlığı səbəbindən Ukraynaya "Javelin" tank əleyhinə raketlərinin tədarükü ilə bağlı çətinlik çəkir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Kaliforniyada yarımkeçiricilərin istehsalına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, yarımkeçiricilərin istehsal gücünün artırılması milli təhlükəsizlik məsələsidir.
"Bu ilin əvvəlində mən Alabamadakı "Lockheed Martin" zavodunda idim. Burada onlar "Javelin" raketləri istehsal edir. Biz Ukraynaya bu raketləri tədarük etməkdə problemlə üzləşdik, çünki onların çipləri yox idi", – Bayden deyib.
Prezidentin sözlərinə görə, yarımkeçiricilər təkcə raketlər üçün deyil, həm də bu gün mövcud olan və ya gələcəkdə istehsal ediləcək digər silahlar üçün də lazımdır.
Qeyd edək ki, oktyabr ayında ABŞ Çinə texnologiya ixracına məhdudiyyətləri sərtləşdirib. ABŞ şirkətlərinə yarımkeçiriciləri ixrac lisenziyası almadan Çinə satmasına qadağa qoyulub.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü