ABŞ vitse-prezidenti Vens İranla bağlı niyə susur? - İLGİNC SƏBƏB
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrana hücumla bağlı uzun müddət susqun qalması Trampla münasibətlərində mümkün fikir ayrılığı ilə bağlı suallar doğurub.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti yazır.
Nəşrin məlumatına görə, Vens ABŞ və İsrailin başladığı hərbi kampaniya ilə bağlı təxminən 72 saat ictimaiyyətə heç bir şərh verməyib. Halbuki digər yüksək vəzifəli respublikaçılar sosial şəbəkələrdə və televiziya çıxışlarında Trampın qərarını açıq şəkildə dəstəkləyiblər.
FT qeyd edir ki, prezidentin fəal tərəfdarlarından biri kimi tanınan Vensin bu qədər uzun müddət susqun qalması ictimaiyyətin diqqətini cəlb edib və onun Tramp ilə münasibətlərində fikir ayrılığı olub-olmaması ilə bağlı müzakirələrə səbəb olub.
Bununla belə, vitse-prezident zərbələrin başlanmasından bir neçə saat sonra Fox News telekanalının efirinə çıxaraq bildirib ki, Tramp "nəyə nail olmaq istədiyini aydın şəkildə müəyyən edib".
Daha sonra o, X sosial şəbəkəsində müsahibəsindən bir hissəni paylaşaraq yazıb: "İrana heç bir halda nüvə silahı əldə etməyə icazə vermək olmaz. Bu əməliyyatın məqsədi məhz budur və prezident Tramp bunu sona çatdıracaq."
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq