Abşeron ətrafında dayazsulu sahənin kəşfiyyat qazma mərhələsi üçün sənəd hazırlanıb

Abşeron ətrafında dayazsulu sahənin kəşfiyyat qazma mərhələsi üçün sənəd hazırlanıbbp Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.
Milli.Az Trend-ə istinadən verilən məlumata görə, ƏMSSTQ sənədi AYDS müqaviləsinin kəşfiyyat qazma mərhələsi üçün hazırlanıb. Bu sənəddə kəşfiyyat qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.
AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. Bu sənəd yalnız birinci kəşfiyyat quyusunu əhatə edir. Həmin quyu qurudan təxminən 15km məsafədə, suyun təxminən 22m dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 2500m aşağıda) yerləşən Şimal Şərq perspektiv sahəsində qazılacaq. Qalan iki quyu sahəsində aparılacaq kəşfiyyat qazma işləri ayrıca olaraq bu ƏMSSTQ-yə əlavə sənədlərində əhatə olunacaq.
Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin kollektiv fikirlərinin layihənin planında və ƏMSSTQ-də nəzərə alınmasını təmin edir.
ƏMSSTQ sənədinin tam layihə variantı və Qısa xülasə sənədi Azərbaycan və ingilis dillərində hazırlanmış və bp-nin vebsaytında açıqlanmışdır. Sənədləri aşağıda verilmiş linklər vasitəsilə əldə etmək olar:
ƏMSSTQ sənədinin layihə variantına dair öz şərh və rəylərinizi aşağıdakı qaydada bizə göndərməyinizi xahiş edirik:
- doldurulmuş rəy formalarını [email protected] ünvanına elektron poçt vasitəsilə göndərməklə, və ya
- doldurulmuş rəy formalarını Bakı şəhəri, AZ1010, Neftçilər prospekti 153, "Port Baku", BP Xəzər Mərkəzi ünvanına poçt vasitəsilə göndərməklə.
ƏMSSTQ-nin açıqlanması müddəti 60 gündür. Bu müddət 28 avqust 2020-ci il tarixində başlayıb və 2 noyabr 2020-ci il tarixində başa çatacaq.
COVİD-19 pandemiyası səbəbindən ƏMSSTQ sənədinin nüsxələrini əvvəllər olduğu kimi ictimai kitabxanalarda yerləşdirə bilməyəcəyik. Lakin, ictimai kitabxanaların, institutların və universitetlərin verilmiş link vasitəsilə bp-nin vebsaytından ƏMSSTQ sənədini yükləməsi və öz onlayn resursları vasitəsilə yayması arzuolanandır.
ƏMSSTQ sənədinin layihə variantına dair fikir və rəylərinizi gözləyirik. Hər hansı suallarınız olarsa, bp-nin Normativ tələblər və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova ilə əlaqə saxlamağınız xahiş olunur:
tel.: (012) 599 43 29 və ya (055) 2259013
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 01 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda sou xeberler son xeber 2026 son xeberler bugun