Abşeron rayonunda şəhidin doğum günündə bulaq kompleksi istifadəyə verildi - FOTOLAR

Abşeron rayonunda şəhidin doğum günündə bulaq kompleksi istifadəyə verildi - FOTOLARAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülən Şabanovun Rüfət Rauf oğlunun anadan olmasının 21-ci ili münasibəti ilə Abşeron rayonunda Abidə Bulaq Kompleksi istifadəyə verilmişdir.
azxeber.com xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə Ceyranbatan qəsəbə qəbiristanlığında uyuyan şəhidimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.
İştirakçılar daha sonra şəhidimizin əvvəllər yaşadığı binanın qarşısında yeni inşa olunan Abidə Bulaq Kompleksinin istifadəyə verilməsində iştirak etmişlər.
Bildirilmişdir ki, hər bir Azərbaycan oğlu kimi R.Şabanov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanmış və Murovdağ zirvəzi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən müvafiq göstəriş və tapşırıqlara uyğun olaraq kompleksin ətrafında həmişəyaşıl ağac və gül kolları əkilmiş və ərazidə ümumi şəkildə təmir-abadlıq işləri aparılmışdır.
Sonda məktəblilər vətənpərvərliyə, qələbəyə və şəhidlərimizə aid şeirlər səsləndirmişlər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev günün sonunda şəhid Rüfət Şabanovun əvvəllər yaşadığı Ceyranbatan qəsəbəsindəki evinə gedərək onun ailə üzvləri ilə görüşüb. Ailənin problemləri, qayğıları ilə maraqlanıb. RİH başçısı Abşeron rayonunda bundan sonra da şəhid ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq göstəriləcəyini bildirmişdir.
Şəhid ailəsi də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Abşeron rayonunda şəhidin doğum günündə bulaq kompleksi istifadəyə verildi - FOTOLARAbşeron rayonunda şəhidin doğum günündə bulaq kompleksi istifadəyə verildi - FOTOLARAbşeron rayonunda şəhidin doğum günündə bulaq kompleksi istifadəyə verildi - FOTOLARAbşeron rayonunda şəhidin doğum günündə bulaq kompleksi istifadəyə verildi - FOTOLARAbşeron rayonunda şəhidin doğum günündə bulaq kompleksi istifadəyə verildi - FOTOLARAbşeron rayonunda şəhidin doğum günündə bulaq kompleksi istifadəyə verildi - FOTOLAR

Sosial       Tarix: 25 fevral 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun son xabar valyuta mezennesi cəbhədən son dəqiqə