Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

Abşeron rayonunda vətəndaş qəbulları keçirilibAbşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak etmişdir.
İştirakçılar əvvəlcə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülən şəhid Məcidov Səbuhi Ağalətif oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni inşa olunan abidə bulaq kompleksinin isatifadəyə verilməsi tədbirinə qatılmışlar. Şəhidimizin doğum gününə təsadif edən mərasimdə bildirilmişdir ki, abidə-bulaq kompleksi şəhidin adını daşıyan küçənin əvvəlində inşa olunmuşdur. 
Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən Müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılmış, Səbuhi Məcidovun vətənə göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmiş, məktəblilər xalqımızın zəfıərinə, vətənpərvərliyə aid şeirlər səsləndirmiş, bədii kompozisiya təqdim edilmişdir. 
RİH başçısı Abdin Fərzəliyev daha sonra şəhid ailələri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır. 
Sonra Aşağı Güzdək qəsəbə tam orta məktəbində baş tutan səyyar qəbulda Abdin Fərzəliyev çıxış edərək bu səpkili görüşlərin mütəmadi olaraq keçirildiyini və sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlər görüldüyünü bildirmişdir. 
Daha sonra çıxış edən sakinlər qəsəbənin mərkəzi prospektinin  yenidən qurulmasına, asfalt örtüyünün yenilənməsinə və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə etmişlər. Sakinlər qəsəbənin yeni yaşayış massivlərində məktəb və bağça binalarının inşa olunmasında, parkın yaradılmasında, qəzalı vəziyyətində olan qəsəbə məscidinin sökülüb yenidən tikilməsində, stadionun təmir olunmasında və idman zallarının yaradılmasında, daxili küçələrin işqlandırılmasında köməklik göstərilməsini xahiş etmişlər. 
Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətində ənənəvi vətəndaş qəbulu keçirilmişdir. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.
Tədbirdə sakinlər rayon ərasisində bəzi küçələrə şəhidlərin adlarının verilməsində, işə düzəlməkdə, kənd  və qəsəbələrdə daxili küçələrin abadlaşdırlmasında və eləcə də digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunuş, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.
Abşeron rayonunda vətəndaş qəbulları keçirilibAbşeron rayonunda vətəndaş qəbulları keçirilibAbşeron rayonunda vətəndaş qəbulları keçirilibAbşeron rayonunda vətəndaş qəbulları keçirilibAbşeron rayonunda vətəndaş qəbulları keçirilibAbşeron rayonunda vətəndaş qəbulları keçirilib

Sosial       Tarix: 02 may 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun son xabar cəbhədən ən son xəbərlər kriminal