Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLARAbşeron rayonunda ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərliyə gəlməsinin 53-cü ildönümü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısınin İçtimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və rayonm ictimaiyyəti iştirak edib. İştirakçılar Xırdalan şəhərində yerləşən ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkındakı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. 
Bildirilib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyev respublikamızın xoşbəxt gələcəyi istiqamətində biri-birindən mühüm addımlar atıb, ən əsası həmin vaxtdan başlayaraq milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının inkişafı prioritet məsələlər sırasında olub. Heydər Əliyev öz müdrik siyasəti, dönməz iradəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. 
Azərbaycan gəncinin daha savadlı, yüksək dünyagörüşünə malik, vətənpərvər şəxsiyyət kimi yetişməsi istiqamətində atılan davamlı addımlar sırasında hərbi kadrların hazırlanmasına xidmət edən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması tarixi hadisəyə çevrilib. 
Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə diqqət yetirildikdə Azərbaycanı iqtisadi möcüzələr ölkəsi kimi tanıdan biri-birindən əhəmiyyətli addımların şahidi oluruq. Hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış aqrar respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmaqla, ölkəmizin qarşısında geniş imkanlar, üfüqlər açdı.
Başlanğıcı 53 il bundan əvvəl – 1969-cu il iyulun 14-ü olan Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir, Azərbaycan ən yüksək zirvələri fəth edir. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Bu arzu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharəti, qətiyyəti, hücum diplomatiyası, dəmir yumruğunun qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü və rəşadətli Ordumuzun hərbi qulluqçularının Vətənə, dövlətə, Heydər Əliyev ideyalarına sədaqəti ilə gerçəkləşdi.
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLARAbşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLARAbşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLARAbşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

İqtisadiyyat       Tarix: 15 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam az xeberler sonxabar az krimnal bugun bugünki xəbərlər