Abşeronda qonşular arasında kütləvi DAVA - ANBAAN GÖRÜNTÜ
Abşeron rayonunun Masazır qəsəbəsində qonşular arasında kütləvi dava qeydə alınıb. Nəticədə bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qonşular arasında mübahisəyə səbəb qapı açmaq məsələsi olub.
KONKRET.az Xəzər TV-yə istinadən məlumat verir ki, həmin ünvanda yaşayan Ruslan Quliyev evinin küçəyə çıxışını təmin etmək üçün qapı açmaq istəyib. Lakin qonşusu Alim Nağıyev və övladları buna etiraz ediblər. Etiraz mübahisəyə, daha sonra isə davaya çevrilib.
Ruslan Quliyev açıqlamasında bildirib ki, qapını qanuna uyğun olaraq açmaq istəyir. Ancaq qonşu ona imkan vermir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Masazır qəsəbəsində qonşular arasında olan insidentlə bağlı polisə müraciət daxil olub. Hadisə məişət zəminində yaranan mübahisə nəticəsində baş verib. Tərəflər ərazi üzrə polis orqanına gətirilib, ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Ətraflı süjetdə:

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq