Abşeronlu şahmatçı Serbiyada yüksək nəticələr əldə etdi - FOTOLAR
Abşeronlu şahmatçı Ümid Aslanov Serbiyanın Paracin və Senta şəhərlərində keçirilən Beynəlxalq Şahmat turnirlərində yüksək nəticələr əldə edib.
Bu barədə Azxeber.com-a idmançımızın atası Fuad Aslanov məlumat verib. O bildirib ki, Ümid Paracin şəhərində düzənlənən yarışda 57 fide əmsalı üzrə, Senta şəhərindəki yarışda isə 80 fide əmsalı üzrə reytinqini əhəmiyyətli dərəcədə artırıb. Qeyd edək ki, idmançımız bu turnirlərdən əvvəl 2019 reytinqə malik idisə, indi isə 2155 reytinqə qədər yüksəlib. Sözügedən turnirlərdə Ümid 2 beynəlxalq ustla ilə bərabərlik edib, idman ustalarına isə qalib gəlib. "Artıq kiçik yaş qruplu yarışlara qatılmırıq. Hazırda yalnız Reytinq, Fide əmsalını qaldırmaq üçün beynəlxalq turnirlərə qatılırıq. Məqsədimiz Beynəlxalq usta normasını, gələcəkdə isə Qrossmaster normasını əldə etməkdir" – deyə Fuad Aslanov bildirib.
Yeri gəlmişkən qeyd edək ki, Beynəlxalq usta norması 2400 fide əmsalı olanlara,
Qrossmaster norması isə 2500 fide əmsalı olanlara verilir.
Ümidin sözügedən titullara çox yaxınlaşdığını deyən F.Aslanov oğlunun Abşeronun şahmat tarıxındə bir sıra rekordlar əldə etdiyini söyləyib. O əlavə edib ki, oğlu 15 yaşında ölkəmizin 16 yaşa qədər olan yığmasında ilk 5 şahmatçısından biridir. "Yığmanın tərkibində bu ilin oktyabr ayında Naxçıvanda keçiriləcək Fidenin Olimpiadasına qatılacaq. Bunun üçün isə sentyabr ayında Bolqarıstanda keçiriləcək 2 beynəlxalq turnirə qatılması lazımdır" – deyə F.Aslanov bildirib.



Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR