"Access Bank"a yeni baş və icraçı direktorlar təyin olundu
Bu gündən "Access Bank" QSC-də əməliyyatlar üzrə yeni baş direktor fəaliyyətə başlayır.
Bu barədə Azxeber.com-a bankdan məlumat verilib.
Məlumata görə, bu, "Access Bank"ın informasiya texnologiyaları üzrə keçmiş icraçı direktoru Zəhra Zeynalovadır. O, yeni vəzifəsində səlahiyyət müddəti başa çatmış Natia Beriyanı əvəz edəcək. Z.Zeynalova 14 ildir ki, "Access Bank"da fəaliyyət göstərir. O, bu illər ərzində Bankda sıravi əməkdaşdan rəhbər vəzifəsinə qədər yüksəlib.
"Access Bank"ın informasiya texnologiyaları (İT) üzrə yeni icraçı direktoru isə Dmitriy Kazanidir. O, həm də Bankın Kartlar və Biznesə Dəstək Departamentlərinə nəzarət edəcək. D.Kazani İT sahəsində 15 ildən artıq təcrübəyə malikdir. O, "Access Bank"da fəaliyyətinə 2017-ci ildə İT üzrə mühəndisliyin optimallaşdırılması ilə başlayıb. 2020-ci ildən bu ilin may ayına qədər Bankın informasiya texnologiyaları şöbəsinin müdiri olub.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar