AccessBank 2021-ci il üzrə maliyyə hesabatını açıqladı

AccessBank 2021-ci il üzrə maliyyə hesabatını açıqladıMikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2021-ci il üzrə maliyyə nəticələrini açıqladı.
Azxeber.com xəbər verir ki, bankın ümumi portfeli 2021-ci ilin sonuna 130 milyon artaraq 632.5 milyon təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.8% çoxdur.
2021-ci ilin dördüncü rübü üzrə artım 60.3 milyon manat təşkil edib.
Kredit portfelinin 85%-ni biznes kreditləri təşkil edib. 2021-ci ildə AccessBank tərəfindən 636.6 milyon manat kredit verilib, bu da 2020-ci il ilə müqayisədə 285.5 milyon manat və ya 81.3% çoxdur. Verilən kreditlərin yarıdan çoxu regional filialların payına düşüb.
Bankın depozit portfeli 2021-ci ilin sonuna 62.3 milyon artaraq, 689.8 milyon təşkil edib. Bu da ötən il ilə müqayisədə 9.9% çoxdur.
Bankın 2021-ci ilin sonuna faiz gəlirləri 53.7 milyon manat təşkil edib. Bu da ötən il ilə müqayisədə 4 milyon manat, və ya 8.1% çoxdur.
Bank 2021-ci ilin dördüncü rübündə xalis gəlirini 2 milyon manat artıraraq, ili 1.1 milyon manat mənfəətlə bitirib.
Hazırda Bankın məcmu kapitalı 79.7 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 29.7 milyon manat artıqdır.
2021-ci ilin sonuna bankın aktivləri 932.2 milyon manat təşkil edib, bu da ötən ilin sonu ilə müqayisədə 76.3 milyon, yaxud 8.9% çoxdur.
2021-ci ilin sonunda bankın ani likvidlik əmsalı 71.2 % olub ki, bu da normadan (30%) 2 dəfə çoxdur.
Ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiz: 
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri dördüncü rübdə bankın maliyyə nəticələrini şərh edib: "Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelini artırmaq idi ki, biz bu məqsədimizə uğurla nail olduq. Eyni zamanda AccessBank hər ay 5000-ə yaxın sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə dəstəyimizin bariz nümunəsidir. Depozit portfeli, likvidlik və ümumi əməliyyat göstəricilərimiz stabil müsbət tendensiya nümayiş edir. Əminik ki, pandemiyanın yaratdığı neqativ hallar geridə qalıb və bank bundan sonra da biznesə fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidlərini təkmilləşdirməyə davam edəcək".
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin saytına, və ya bankın sosial şəbəkələrdəki səhifələrinə (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

İqtisadiyyat       Tarix: 26 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az kriminal havanın temperaturu xabarlar