AccessBank 2022-ci ilin ikinci rübünün maliyyə hesabatını açıqladı

AccessBank 2022-ci ilin ikinci rübünün maliyyə hesabatını açıqladıMikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Ətraflı məlumat əldə etmək üçün:
İkinci rübün sonuna bankın aktivləri 1 milyard manata çatıb. 
Həmin dövrdə bankın xalis kredit portfeli 674.2 milyon təşkil edib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 712.5 milyon manat təşkil edib. İkinci rüb ərzində Bankın balansındakı xalis kredit portfelinin payı 64.0%-dən 67%-dək artıb.
Bundan başqa, 2022-ci ilin ikinci rübü ərzində AccessBank 205.2 milyon manat məbləğində kredit verib. Kredit portfelinin artımı ilin ilk rübü ilə müqayisədə 45.6 milyon təşkil edib. Bank tərəfindən verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin təxminən 40%-i kənd təsərrüfatı sektoruna verilib.
Bankın depozit portfeli son yarım ildə 13% artıb və 779.6 milyon manat təşkil edib.
Habelə, ilk yarımillik dövr ərzində bankın xalis faiz gəlirləri 37.2 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48% artım deməkdir.
Bankın 2022-ci ilin iki rübü ərzində əməliyyat mənfəəti 7.0 milyon manat olub. Halbuki ötən ilin eyni dövründə bu göstərici -1.4 milyon manat təşkil edirdi.
2022-ci ilin ikinci rübündə bankın xalis mənfəəti 1, 037.0 min manat, yarımillik üzrə 1,839.75 min manat təşkil edib.
Hazırda Bankın cəmi məcmu kapitalı 83.7 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 33.7 milyon manat çoxdur.
İyun ayının sonuna bankın ani likvidlik əmsalı 75.3% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.
"AccessBank" Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

İqtisadiyyat       Tarix: 22 iyul 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam az xeberler sonxabar az krimnal bugun bugünki xəbərlər