AccessBank 2025-ci ilin sonuna olan maliyyə nəticələrini açıqlayır

AccessBank 2025-ci ilin sonuna olan maliyyə nəticələrini açıqlayırAzərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin sonuna olan maliyyə nəticələrini açıqlayır.
Ətraflı məlumat əldə etmək üçün:
Bankın xalis əməliyyat mənfəəti 2025-ci ildə 76.3 milyon manat olub.  2024-cü ildə eyni göstərici 70.6 milyon manat təşkil edib.. Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 19.2% və ya 285.1 mln manat artaraq 1.8 mlrd. manata çatıb.
Artımı şərtləndirən drayverlər kimi, ölkədə artan iqtisadi aktivliyin yüksəlməsi fonunda əmanətçilərin və Beynəlxalq fondların inamının artması olmuşdur. Belə ki:
Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 15.9% və ya 182.6 milyon manat artıb və hesabat dövrünün sonuna 1 334.2 milyon manat təşkil edib.
Kredit portfelinin 76.7%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 1 022.9 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 13.4% və ya 121.0 milyon manat artıb. 
Depozit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 10.3% və ya 105.9 milyon manat artaraq hesabat dövrünün sonuna 1 132.4 milyon manat təşkil edib.
AccessBank hesabat dövründə beynəlxalq fondlardan 100 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 190.5 mln manata çatmışdır.
Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 mln ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir.
2025-ci il ərzində Bankın məcmu kapitalı ötən il ilə müqayisədə 26.7% və ya 49.4 milyon artaraq 234.4 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.7 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.
Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.1% artaraq 256.2 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 15.7 milyon artaraq 156.0 milyon manata çatıb.
Xalis əməliyyat mənfəəti 2025-ci ildə 76.3 milyon manat olub ki, . 2024-cü ildə eyni göstərici 70.6 milyon manat təşkil edib.
Bankın likvidlik mövqeyi dayanıqlıdır və ani likvidlik əmsalı 79.8% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə yüksəkdir. / azxeber.com

İqtisadiyyat       Tarix: 16 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com metbuat xeberleri valyuta mezenesi meherremlik 2026