AccessBank-da yay təcrübə proqramı davam edir - FOTOLAR
AccessBank-ın 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulmuş yay təcrübə proqramı davam edir.
Azxeber.com xəbər verir ki, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetində təhsil alan 17 istedadlı tələbə proqrama qoşulub. Onlar 3 mərhələli seçim turundan keçərək AccessBank-da təcrübə keçmək şansı qazanıblar. Tələbələr Bankın Bakı və Abşeron filiallarında, həmçinin Maliyyə, Administrasiya, Pərakəndə bankçılıq, Risklərin idarə edilməsi və Marketinq departamentlərində təcrübə keçirlər.
Ziba Hacıyeva, AccessBank-ın Maliyyə departamentində təcrübəçi: "İqtisad Universitetinin tələbəsiyəm. Təcrübə proqramı haqqında xəbəri Bankın Facebook səhifəsində görən kimi müraciət etdim. Seçim turları çox fərqliydi. Heç vaxt belə maraqlı müsahibədə iştirak etməmişdim - əvvəl qrup şəklində, daha sonra fərdi görüşlər oldu. Hazırda Bankda ən çox bəyəndiyim onun mühitidir. Hər gün yeni nəsə öyrənirəm. Əsas odur heç bir sualım cavabsız qalmır."
Vaqif Əkbərli, AccessBank-ın Mühasibat departamentində təcrübəçi: "Təcrübə haqqında məlumatı Bankın saytında gördüm. İki aydır mühasibatda təcrübə keçirəm. Gələndə işlə bağlı ilkin məlumatlarım vardısa, indi artıq əksər hesabatları hazırlaya və sistem əməliyyatlarını yerinə yetirə bilirəm. Bütün komanda suallarımı həvəslə cavablandırır."
Bu, AccessBank-ın reallaşdırdığı ilk yay təcrübə proqramıdır və Bank, gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirlər həyat keçirməyi planlaşdırı






Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar