"AccessBank" istifadəyə yeni nəsil ATM-lər verir
Müştərilərinin rahatlığını düşünən "AccessBank" xidmətində yenilik edib. Belə ki, Bank, ATM şəbəkəsini pilləli şəkildə yeniləməyə başlayıb.
Azxeber.com xəbər verir ki, "AccessBank"ın paytaxt filiallarında yeni nəsil ATMlər – "Ncr Selfservice" müştərilərin xidmətinə verilib. "Touch-screen" ATM-lərin özəlliyi özünəxidmət funksiyasına malik olmalarındadır. ATM-lər standart məxaric əməliyyatları ilə yanaşı, həm də karta mədaxil və yerində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirdə bilir.
ATM-lərin bu funksiyaları sayəsində "AccessBank" müştəriləri cari əməliyyatları 247 rejimində yerinə yetirə biləcəklər. Yeni ATM-lərin ilin sonunadək Bankın bütün filiallarında quraşdırılması nəzərdə tutulub.
"AccessBank" Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 Əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar