"Aclıq ayı"nda gözəllik salonlarında vəziyyət necədir? - SORĞU

"Aclıq ayı"nda gözəllik salonlarında vəziyyət necədir? - SORĞU
Məhərrəm ayının bu il avqust ayına təsadüf etməsi, toy-nişan mərasimlərinin kəskin azalması, isti hava, paytaxt sakinlərinin istirahət üçün regionlara və xaricə üz tutması Bakı şəhərindəki gözəllik salonlarının işinə də təsirsiz ötüşməyib. Gözəllik salonlarının əksəriyyətinin qapıları bu ayda ya tamam bağlanıb, ya da müştərilərinin sayında xeyli azalma müşahidə olunub. Təsadüfi deyil ki, gözəllik salonunda çalışanlar yay aylarını və Məhərrəm ayını öz aralarında "aclıq ayı" adlandırırlar. Amma bunun əksinə, bu ay ərzində müştəri bolluğu yaşayan gözəllik salonları da var. Həmin salonlarda çalışanlar ənənəvi qaydada öz işlərinin başında olduqlarını vurğulayırlar.
Paytaxt ərazisində fəaliyyət göstərən bəzi gözəllik salonları ilə əlaqə yaradıb onların vəziyyəti ilə maraqlandıq. Məhərrəm ayının onların fəaliyyətini nə dərəcədə təsir etdiyini bir də onların öz dilindən eşitdik.
Salon işçisi Firəngiz Hüseynova Oxu.Az-a bildirdi ki, əvvəlki dövrlərdən fərqli olaraq, indi vəziyyət nisbətən dəyişib:
"İllər öncə qadınlar Məhərrəm ayında gözəllik salonuna getmirdilər. Bu aylarda qadınlar nə saçlarını rənglətdirər, nə də formaya salardılar. Ancaq indi vəziyyət dəyişib. Qadınlar Məhərrəm ayında da gözəllik salonuna gedib, istədikləri prosesi həyata keçirirlər. Bu da normal haldır. Ona görə də bu ayda da müştərilərin sayı əvvəlki illərlə müqayisədə artır. Düzdür, havalar son günlər çox isti keçir. Bu, salona gələnlərin sayını digər aylara nisbətən azalda bilir. Müştərilər salona gəlmək üçün daha çox axşam saatlarına yazılırlar. Lakin müştərilərin azalmasının Məhərrəm ayı ilə əlaqəsi olmadığı qənaətindəyəm. Müştərilərin azalması sırf havaların çox isti keçməsi ilə bağlıdır. Düşünürəm ki, tez bir zamanda müştəri sayı bərpa olunacaq".
Digər bir salon işçisi Fatimə Abbasova isə işin az olmasından şikayətlənib:
"Təəssüf ki, gözəllik salonlarında son vaxtlar iş azlıq təşkil edir. Düşünürəm ki, buna bahalaşma da təsir edir. Hər şey bahalaşdığı üçün biz də az da olsa, qiymətləri qaldırırıq. Çünki materialın, istifadə olunan ləvazimatların qiyməti də qalxıb. Ona görə də müştərilər bəzən narazılıqlarını ifadə edirlər. İndi isə Məhərrəm ayıdır. Neçə ay öncədən bu aya özümüzü hazırlayırıq. Bilirik ki, iş əvvəlki qədər olmayacaq. Onsuz da iş az idi. Bu aya görə daha da azaldı.
Müştəri sayının azalmasının havanın isti keçməsi ilə bağlılığı yoxdur. Çünki onsuz da yay fəslində müştərilər adətən ya səhər tezdən, ya da axşam gəlirlər. Bu, hər zaman belə olub.
Məhərrəm ayında, bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar. Bunda heç bir problem yoxdur. Dinimizdə Məhərrəm ayı ilə bağlı belə bir məhdudiyyət yoxdur. Lakin müştərilərin bəzisi bunu anlamır. Məhərrəm ayında saç kəsdirmək, boyamaq kimi məsələlər də həmişə insanları narahat edib. Məhərrəm ayında bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar".
Lazer ustası Jalə Əliyeva isə qış ayına nisbətən hazırda salona lazer üçün müraciət edənlərin sayının normal olduğunu söyləyib:
"Qışda vəziyyət daha pis idi. Qadınlar 3-4 aydan bir gəlirdilər. Lazer epilyasiyası onsuz da qadının hər gün getdiyi yer ola bilməz. Minimum ayda bir dəfə gələ bilərlər. Qışa nisbətən yayda 1-2 aydan bir olsa da gəlirlər. Mütəmadi gəlmək lazımdır. Çünki effekt pozula bilər. Lakin əvvəlki illərə nisbətən azalma var. Əvvəllər daha çox idi. Qiymətlərdə də endirim var. Baha deyil. Müştəriləri məmnun etmək üçün kampaniyalar da təşkil edirik. Müştəri azalmasının səbəbi düşünmürəm ki, Məhərrəm ayı olsun. Çünki təmizlənmək günah sayıla bilməz. Bu havanın çox isti keçməsi ilə də bağlı ola bilməz. Əksinə, yayda dəniz və hovuz mövsümü olduğu üçün müraciətlər daha çox olmalıdır".
Dırnaq ustası Cəmilə Əvəzli də müştərisinin çox olmasından məmnunluqla danışıb:
"Müştəri sayının azaldığını düşünmürəm. Hər bir qadın baxımlı olmaq istəyir. Buna görə də ayda bir dəfə də olsa müraciət edirlər. Düşünürəm ki, əvvəlki illərə nisbətən qadınlarımız daha baxımlı olublar. Reallığı desək, əvvəllər daha çox işləyən qadınlar gözəllik salonlarına üz tuturdularsa, indi fərq etmir. Düşünürəm ki, hər bir xanım baxımlı olmalıdır. Məhərrəm ayında əvvəllər də müraciətlər olub. Kimsənin bu aya görə, baxımından qalacağını düşünmürəm. Çünki bu düzgün də deyil. Yay aylarında isə əksinə müraciət daha çox olur".
Nəzrin Vahid

Maraqlı       Tarix: 17 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər son xeberler bugun 2026 azerbaycan en son xeberler xəbər az