ADA-nın "Yay düşərgəsi" növbəti dəfə Azercell-də! - FOTOLAR
Məktəblilər mobil operatorun təqdimatında həm yeni nəsil rəqəmsal texnologiyalar, həm də müştəriyə xidmət mədəniyyəti ilə tanış oldu
ADA Universitetinin ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil etdiyi "Yay düşərgəsi" proqramı "İnformasiya Texnologiyaları həftəsi" çərçivəsində "Azercell Telekom" MMC-yə növbəti səfərini gerçəkləşdirdi. Universitetin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının təşkil etdiyi yay məktəbinin iştirakçıları Azercell-in Data Mərkəzini ziyarət edərək şəbəkə texnologiyalarının əsasları, mobil şəbəkənin qurulması, istismarı və nəzarəti barədə məlumatlarla tanış olub, eləcə də, LTE şəbəkəsinin göstəricilərinin ölkə xəritəsi boyu əhatəsini canlı olaraq seyr ediblər. Daha sonra Big Data və Təhlillər departamentinin təqdimatında İKT sahəsində verilənlərin toplanması, saxlanması və emalı, Big Data üzrə qlobal trendlər və Azercell-in bazarda yaxın zamanda təqdim edəcəyi yeni rəqəmsal məhsullar haqqında ətraflı məlumat alaraq şirkət ekspertlərinə öz suallarını ünvanlayıblar.
Ölkədə müştəri xidmətləri sahəsində ən nümunəvi sayıla biləcək bir şirkətlə tanışlığın davamı olaraq məktəblilər Fəvvarələr Meydanında yerləşən Bakıda ilk Azercell Xidmət və Satış Mərkəzinə yollanıblar. Yay düşərgəsi iştirakçıları ön masa arxasında Azercell əməkdaşlarının abunəçilərlə ünsiyyətini canlı olaraq izləyib, şirkətin satış və xidmət ekspertləri tərəfindən Azercell-də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, eləcə də, əməkdaşların abunəçilərin suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.
Qeyd edək ki, Azercell şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.




Xidmetler [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR