ADA Universiteti bakalavr pilləsi üzrə üç yeni ixtisas təklif edir - FOTO

ADA Universiteti bakalavr pilləsi üzrə üç yeni ixtisas təklif edir - FOTOADA Universiteti bakalavr pilləsi üzrə üç yeni ixtisas təklif edir - FOTO
Abituriyentlərin ixtisas seçimi ilə bağlı müraciətlərini nəzərə alan ADA Universiteti 2021-ci ildən etibarən bakalavr pilləsi üzrə 3 yeni ixtisas təklif edir.
Universitetdən bildirilib ki, martın 15-də onlayn təqdimatı keçirilən Riyaziyyat ixtisası I ixtisas qrupu üzrə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təqdim etdiyi 4 ixtisasdan biridir.
Təqdimat mərasimində çıxış edən ADA Universitetinin dekanı Dr. Araz Yusubov və Kanadanın Vaterlo Universitetinin Riyaziyyat və biznes proqramları üzrə direktoru Professor İlham Axundov ixtisasın vacibliyini vurğulayıb və onun gələcək perspektivindən və tətbiq sahələrindən söz açıblar.
Elmlərin açarı olan Riyaziyyat ixtisası üzrə təhsil alacaq tələbələr yalnız bu ixtisas üzrə deyil, həm də informasiya texnologiyaları, iqtisadiyyat, maliyyə kimi tətbiqi riyaziyyat sahələrində işləyə biləcəklər.
Bu ixtisas üzrə təhsil alacaq tələbələrə xüsusi fürsətlər verilir. Belə ki, 600-dən yuxarı bal toplayanlar bir il, 650-dən yuxarı bal toplayanlar isə təhsil müddəti ərzində təhsil haqqından azad olunacaq və 4-cü kursu ADA Universitetinin tərəfdaşı olan Vaterlo Universitetində başa vurmaq imkanı əldə edəcəklər.
Martın 17-də keçirilən Maliyyə ixtisası (II ixtisas qrupu) üzrə onlayn təqdimatda Biznes fakültəsinin dekanı Dr. Elkin Nurməmmədov və SOCAR Türkiyənin baş maliyyə mütəxəssisi Elçin İbadov ixtisas barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, bu ixtisasın tələbələri "CFA" tələblərinə uyğun şəkildə hazırlanmış tədris proqramı əsasında nəzəri biliklər əldə etməklə yanaşı, praktiki dərslər də keçəcəklər. "CFA" (Chartered Financial Analyst) peşəkar maliyyəçilər üçün nəzərdə tutulmuş beynəlxalq sertifikatdır.
İxtisasın rəqəmsal maliyyə (FinTech.) və bank işi üzrə iki istiqaməti var. Maliyyə ixtisasının tələbələri ali riyaziyyat, iqtisadiyyat və statistika üzrə biliklər əldə etməklə yanaşı, maliyyə problemlərinin həlli və tənqidi düşünmə kimi bacarıqlara da sahib olacaqlar.
ADA Universitetinin abituriyentlər üçün təklif etdiyi yeni ixtisaslardan digəri isə III ixtisas qrupuna daxil olan Kommunikasiya və rəqəmsal mediadır.
Martın 18-də təqdimatda İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Dr. Anar Vəliyev, həmin fakültənin Kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva və Kanadanın "Fraser Valley" Universitetinin dosenti Dr. Rəşad Məmmədov bu ixtisasın əhəmiyyətindən və karyera perspektivlərindən bəhs ediblər.
Qeyd edilib ki, bu ixtisas üzrə təhsil alacaq tələbələr düzgün kommunikasiya strategiyasının qurulması və həyata keçirilməsi, bu zaman rəqəmsal media imkanlarının səmərəli istifadəsi ilə bağlı biliklər əldə edəcəklər. Məzunların dövlət və özəl sektorda marketinq, ictimaiyyətlə əlaqələr, rəqəmsal media, jurnalistika, layihə idarəçiliyi, korporativ kommunikasiya kimi sahələrdə iş imkanı əldə edəcəkləri diqqətə çatdırılıb.
Qeyd edək ki, ADA Universitetinin bakalavr dərəcəsi üzrə təklif etdiyi bütün ixtisaslarda tələbələr seçmə fənlərin köməyi ilə həm ikinci ixtisas imkanı əldə edir, həm də pedaqoji fəaliyyətlə məşğul ola bilirlər.
ADA Universiteti bakalavr pilləsi üzrə üç yeni ixtisas təklif edir - FOTO

Sosial       Tarix: 23 mart 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 sonxeber bu gunun xeberleri son xeberler bugun 2026 azerbaycan