Britaniya və ABŞ rusiyalıları döyüşə hazırlayır? — SENSASİYA
Qərbi hərbi veteranı olan keçmiş Britaniya SAS (Xüsusi Hava Xidməti) və ABŞ xüsusi təyinatlı döyüşçülərinin Rusiya vətəndaşlarına döyüş bacarıqları öyrətdiyi iddia edilir.
KONKRET.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri "yüksək dərəcəli əminliklə" hazırlanmış Avstraliyanın ASIS kəşfiyyatının məxfi arayışına istinadən məlumat yayıb.
Avstraliya xüsusi təyinatlılarının məlumatına görə, təlimlər Serbiya və Bolqarıstandakı kommersiya mərkəzlərində həyata keçirilib. Xüsusilə, Bolqarıstanın "Alfa-Metal" şirkəti hər nəfər üçün 4 min avro ödəniş müqabilində snayperdən istifadə və yaxın məsafədən döyüş kursları təşkil edib, hətta 2025-ci ildə də Rusiya Federasiyasından olan müştəriləri qəbul etməyə davam edib. Şirkət öz xidmətlərində britaniyalı təlimçilərin adını reklam edib və əvvəllər Rusiyanın "Alfa Region" mühafizə strukturu ilə əməkdaşlıq edib.
"Alfa-Metal" Rusiya vətəndaşlarının öyrədildiyini və müharibə başladıqdan sonra SAS döyüşçülərinin cəlb olunduğunu qəti şəkildə təkzib edib. Britaniya xüsusi təyinatlılarındakı mənbələr də həmkarlarının bu prosesdə iştirakına şübhə ilə yanaşaraq bunu xidmət dəyərlərinin pozulması adlandırıblar. Böyük Britaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib, Avstraliya kəşfiyyatı isə məlumatları "Beş göz" (Five Eyes) alyansına təqdim etmək üçün araşdırmalarını davam etdirir.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı