Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - 'Rang Rover'lə qəza

Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - 'Rang Rover'lə qəzaXəbər verdiyimiz kimi, 2022-ci ilin oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində 10-DF-090 dövlət nişanı "Range Rover" markalı avtomobil yüksək sürətlə idarə edilməsi səbəbindən "Kia" markalı avtomobillə toqquşub. Nəticədə "Kia"da olan sərnişinlər - Göygöl rayon sakinləri Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı vəfat edib. 
Qaynarinfo-nun məlumatına görə, elə həmin ildən baş verən hadisə ilə bağlı cinayət işi açılıb və iş məhkəməyə göndərilib. İki ildən artıqdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə işə baxılsa da, hadisənin səbəbkarına hökm oxunmur. 
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - 'Rang Rover'lə qəza"Range Rover" 1978-ci il təvəllüdlü Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsə məxsus olsa da, cinayət işi Beytulla Babayevə açılıb. Bu günə qədər hadisənin Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli şəxsi polkovnik Elşən Əliyev və yaxud Beytulla Babayev tərəfindən törədilməsi qaranlıq olaraq qalır. 
Bu arada, hadisə nəticəsində dünyasını dəyişən Zülfüqar Zülfüqarovun həyat yoldaşı Rəqsanə mərhumun atasını Elçin Zülfüqarovu məhkəməyə verib. Xanım məhkəmədə iddia edib ki, qaynatası təqsirləndirilən şəxsin ailəsi ilə gizlin razılığa gələrək, onlardan maddi təminat alıb. 
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - 'Rang Rover'lə qəzaİstintaq müddətində iddiaçının körpə uşaqla birlikdə Gəncədən Bakıya gedib-gəlməsi çətinlik yaradacağı üçün öz aralarında olan razılığa əsasən, iddiaçının mərhum ərinin hüquqi varisi kimi qaynatası Elçin Zülfüqarov tanınıb. İstintaq prosesindən tam məlumatı olmasa da, artıq keçirilmiş bir neçə məhkəmə proseslərindən sonra ona məlum olub ki, qaynatası təqsirləndirilən şəxsin ailəsi ilə gizlin razılığa gələrək, onlardan maddi təminat alıb və bir tərəfli qaydada, yəni iddiaçı ilə razılaşmadan, onun və uşağının mənafeyi ziddinə olan hərəkətlərə yol verib. Əlavə olaraq bildirir ki, qaynatası ərinin faciəli ölümündən sonra onlara qarşı münasibətini dəyişib, onları evdən çıxarıb, ərinin ölümü ilə əlaqədar ailəsinə, yəni onlara ödənilən sığorta pulunu verməkdən imtina edib. Qaynatası həmin pulun üstünü düzəldərək onlara ev alacağını söz versə də, artıq bundan imtina edib, evi uşaq 18 yaşına çatandan sonra alacağını bildirir və onlara məxsus olan pulu verməkdən imtina edir.
Elçin Zülfüqarov məhkəmədə gəlininin iddiasını təkzib edib: "Gəlinim məni təqsirləndirilən şəxsdən 50 min manat almaqda günahlandırır və cinayət işində özünün zərərçəkmiş qismində tanınmasını tələb edir. Oğlumun bütün dəfn xərclərini özüm çəkmişəm. Amma məndən 5 min manat sığorta pulunu tələb edir. Hissə-hissə həmin vəsaiti ona ödəyə bilərəm". 
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - 'Rang Rover'lə qəzaMəhkəmənin Elçin Zülfüqarovun gəlini Rəqsanəyə 5000 manat sığorta pulunu ödəməsinə və ödənilmiş 120 manat dövlət rüsumunun 60 manatının tutulmasına qərar verib. 
Qeyd edək ki, həmin qəza zamanı "Kia" markalı avtomobildən 40 min dollar oğurlansa da, sonradan polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri - Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıb.  / azxeber.com

Sosial       Tarix: 19 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler metbuat valyuta mezenesi beynelxalq bank mezenne