Adil Əliyev: "Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi

Adil Əliyev: "Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiAdil Əliyev: "Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi"
Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyilə rəşadətli Ordumuz tarix yazdı, uzun illər işğal altında olan ərazilərimiz birdəfəlik işğaldan azad edildi. Müharibənin başladığı ilk günlərdən etibarən bir-bir azad olunan kəndlərimizin, qəsəbələrimizin, şəhər və rayonlarımızın siyahısını gördükcə, hər bir Azərbaycanlının ürəyi dağa dönür. Bu qalibiyyət uzun illər aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.
Bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev açıqlamasında bildirib.
O, bildirib ki, istər ordu quruculuğu, istərsə də qurulan diplomatik münasibətlərimiz bu gün öz uğurlu bəhrəsini verdi: 
"Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən üzərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gələrək, düşməni təslim olmağa məcbur etdi.
Ermənistan aparılan müharibədə bütün silah, texnika və şəxsi heyətini tamamilə itirdi və onlar bu müharibənin ağrı-acılarını uzun illər yaşayacaqlar. Ermənistan yalnız müharibənin davam etdiyi 44 gün ərzində hər gün məğlub olmadı, bu dəfə elə məğlub oldu ki, itirdiyi texnikalara görə illərlə ödəniş etməyə məcbur olacaq.
Qalibiyyətin məntiqi davamı olaraq, Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. 
Təbii ki, də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün şərtləri diqtə etdi və Ermənistanın baş naziri bunu qəbul etməyə razı oldu. Dəfələrlə deyilmişdi ki, bu müharibə həm də Ermənistanın baş nazirinin siyasi karyerasının sonu olacaq və Ermənistanda baş verən proseslər artıq bunu deməyə əsas verir. Ermənistanın baş naziri Şuşada yallı oynamaqla, qondarma rejimə inauqurasiya mərasimi keçirməklə Azərbaycan xalqının və onun liderinin səbrini sınağa çəkdi".
Deputat bildirir ki, ölkə başçısı dəfələrlə xəbərdarlığını etdi, hətta BMT-nin iclasında bildirdi ki, əgər Ermənistanı dayandırmasanız, biz onları dayandıracağıq. Lakin, dünya dövlətləri sanki Ermənistanın apardığı təxribat siyasətini görmür, işğalçının bu siyasətini dəstəkləyirdilər. Nəticədə işğalçı məğlub oldu, işğal etdiyi əraziləri birdəfəlik tərk etməklə yanaşı, məğlub tərəf olaraq Azərbaycanın bütün diqtəsinə qeyd-şərtsiz əməl edəcəyini öz öhdəsinə götürdü. Habelə, Ermənistanın yeganə itkisi ərazi olmadı, həm də siyasi və iqtisadi çöküşlərini yaşayırlar, etdikləri səhvlər nə qədər böyük idisə, yaşadıqları məğlubiyyət də o qədər ağrılı oldu:
"Biz isə Ali Baş Komandanın rəhbərliyilə 30 ilə yaxın işğal altında olan ərazilərimizi işğaldan azad edərək, öz əbədi və əzəli torpaqlarımıza geri qayıtdıq, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü təmin etdik.
Şuşa şəhəri azad edildikdən sonra isə artıq Ermənistanın məğlub olduğu hamı üçün açıq-aşkar idi. Tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi hər birimiz üçün böyük bir bayramdır. Dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq, hər bir Azərbaycanlının cənab Prezidentin ətrafında sıx birləşərək, həmrəylik göstərməsi isə, Azərbaycan xalqının və onun rəhbərinin qüdrətindən xəbər verir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandana göstərdiyi inam və etimad öz uğurlu bəhrəsini verdi.
Tarix bir daha göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, onun güclü iradəsi var. Xalqımız mərhəmətli olduğu qədər də, yeri gəldikdə düşmənə zərbə vuracaq dəmir yumruğu var. Azərbaycan xalqı bu gün xoşbəxtdir, onun Prezidenti dünyanın ən güclü lideridir. Onun Prezidentinin istər diplomatiyada, istər xarici televiziyalara verdiyi müsahibələrdə keçdiyi master klaslarda, istərsə də rəhbərlik etdiyi ordunun döyüş meydanında göstərdiyi şücaətlərdə misli-bərabəri yoxdur. Cənab Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır!" dedi və Qarabağdakı düşmən işğalına birdəfəlik son qoydu". /oxu.az

Siyasi       Tarix: 10 noyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe apa.az xeberler butun xeberler xeberlər