Adil Karaismailoğlu: "Bakı-Tbilisi-Qars xətti Çin-Avropa yük daşımalarının səmərəliliyini artırır
Dekabrın 21-də İslamabaddan yola düşən İslamabad-Tehran-İstanbul yük qatarının Ankaraya çatması ilə əlaqədar şəhərin köhnə vağzalında mərasim keçirilib.
Mərasimdə çıxış edən Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu Türkiyənin 2021-ci ildə 225 milyard dollarlıq ixracatla rekord qırdığını və Cümhuriyyət tarixində ilk dəfə olaraq dünya ticarət həcmindəki payını aşdığını bildirib.
Asiya ilə Avropa arasında sürətlə inkişaf edən ticarət əlaqələrinin bölgədə nəqliyyat infrastrukturlarının inkişafını zəruri etdiyinə diqqət çəkən Karaismailoğlu son 19 ildə ölkənin nəqliyyat və kommunikasiya infrastrukturuna 1 trilyon 145 milyard lirədən çox sərmayə qoyduqlarını vurğulayıb.
"Dəmir yolunda səmərəliliyi və təhlükəsizliyi artırmaq üçün siqnal xətlərimizi 172 faiz, elektrikləşdirilmiş xətlərimizi isə 180 faiz artırdıq. İstifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çin ilə Avropa arasında dəmiryolunda yük daşımalarında Orta Dəhlizdən səmərəli istifadə etmək imkanı yaranıb. İndi 12 min kilometrlik Çin-Türkiyə yolunu 12 gündə tamamlamaq mümkündür. Çindən Avropaya gedən illik 5 min vaqonlu qatarların yüzdə 30-unu Türkiyə üzərindən daşınması üçün işlərimizi tam sürətlə davam etdiririk. Orta Dəhliz və Bakı-Tbilisi-Qars marşrutuyla ildə 1500 vaqon qatar daşımağı və Çinlə Türkiyə arasındaki cəmi 12 günlük daşınma müddətini 10 günə endirməyi hədəflədik. Bu xətləri daha səmərəli istifadə etmək və ixracatçılarımızı 250 milyard dollara çatdırmağa çalışacağıq", -deyə nazir bəyan edib.
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı