ADNSU "THE World University Rankings 2027" reytinqində ümumi göstəricisini 19,3 faiz artırıb

ADNSU Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) THE World University Rankings 2027 reytinqində əsas göstəricilər üzrə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet ümumi göstəricisini əvvəlki illə müqayisədə 19,3 faiz artırıb.
azxeber.com xəbər verir ki, reytinqin Tədris göstəricisi üzrə ADNSU ötən il 1163-cü yerdə olduğu halda, 2027-ci ildə 509-cu pilləyə yüksəlib. Beləliklə, universitet bu göstərici üzrə 654 pillə irəliləyib.
Beynəlxalq perspektiv göstəricisi üzrə də ADNSU-nun mövqeyində nəzərəçarpacaq artım qeydə alınıb. Universitet 1118-ci mövqedən 694-cü mövqeyə yüksələrək 424 pillə irəliləyiş əldə edib.
İstiqamətlər üzrə göstəricilərə nəzər saldıqda da müsbət dinamika müşahidə olunur. Tədris istiqaməti üzrə göstərici 25-dən 35,8-ə yüksəlib. Tədqiqat mühiti göstəricisi 8,1-dən 10,7-yə, Beynəlxalq perspektiv göstəricisi 44,7-dən 58,4-ə, Sənaye ilə əməkdaşlıq göstəricisi isə 19,7-dən 26,9-a yüksəlib.
Eyni zamanda, THE World University Rankings-in əhatə dairəsi də genişlənib. 2026-cı ildə reytinqdə 2191 universitet yer aldığı halda, 2027-ci ildə bu rəqəm 2297-yə çatıb. Azərbaycanın reytinqdə təmsil olunan universitetlərinin sayı da 4-dən 5-ə yüksəlib.
ADNSU-nun THE World University Rankings 2027-dəki nəticələri universitetin qlobal reytinq mühitində mövqeyini gücləndirdiyini göstərir. Xüsusilə tədris, beynəlxalq perspektiv, tədqiqat mühiti və sənaye ilə əməkdaşlıq istiqamətlərində göstəricilərin yüksəlməsi universitetin müxtəlif fəaliyyət sahələri üzrə inkişaf dinamikasını əks etdirir.

İqtisadiyyat       Tarix: 01 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görüldü

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı il "World Airline Awards" mükafatları çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb. xəbə

AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF

AzərbaycanHava Yolları Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı dahayaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. 29 sentyabr – 31 dekabr 2026-cı il tarixlərində keçiriləcəkkampaniy

Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi

Qafqazın rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir mikro sahibkarlığın və inklüziv iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş "Biznesdə birlikdə"

Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim

Ölkənin ilk rəqəmsal bankı Birbank təhsil işçiləri üçün xüsusi kampaniyaya start verib. 31 oktyabr 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində təhsil işçiləri nağd pul kreditini 7%-dək endirimlə əldə edə bilərlər

"Kontakt"da "iPhone 18 Pro" seriyasına axın: 4-cü il ardıcıl satış rekordu – FOTO

Çoxdan gözlənilən "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərinin Azərbaycanda rəsmi satışına start verilib. Yeni telefonların ilk sahibi olmaq istəyənlər sentyabrın 24-dən 25-nə keçən gecə "Kontakt"ı

Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı

Nərimanovda yeni mənzillər satışa çıxarılıb: premiumtəmirli mənzil axtaranlar üçün geniş seçimlər. Nərimanovda yeni mənzil almağı düşünürsənsə, bu mərhələniqaçırma. Şəhərin mərkəzində yerləşən yeni yaşayış kompleksində müxtəli

Bakı-Naxçıvan reysləri təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) sentyabrın 28-də planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşları

İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

17 sentyabr tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında əməkdaşlıq memorandumu imzalanıb. xəbər verir ki, memorandu

Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda yerli banklarda debet kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı məlumatlar gündəmə gəlib. Azərbaycan Banklar Assosiasiyası (ABA) yayılan məlumatlarla bağlı açıqlama verərək tətbi


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az valyuta xeberler bugun son xabar