ADY işə qəbul prosesini tamamilə məsafəli rejimə keçirib - FOTO

ADY işə qəbul prosesini tamamilə məsafəli rejimə keçirib - FOTOADY işə qəbul prosesini tamamilə məsafəli rejimə keçirib - FOTO
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) işə qəbul prosesini tamamilə məsafədən rejimə keçirib.
Bu barədə Oxu.Az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, namizədlər arasında aparılan müsabiqənin hər üç mərhələsi – ilkin seçim, testləşdirmə və müsahibə – məsafədən həyata keçirilir.
ADY-də işə qəbul prosesinin daha da şəffaflaşdırılması və optimallaşdırılması, namizədlərin daha rahat şəkildə vakansiyalara müraciət etməsi və müsabiqədə iştirak etməsi məqsədilə şəxsi kabinet, minlərlə test sualından ibarət baza və stasionar elektron test mərkəzi, daha sonra isə mobil elektron test sistemi istifadəyə verilib.
Bu stasionar test mərkəzi və mobil test sistemi sayəsində Bakı və ətraf bölgələrlə yanaşı ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da paytaxta gəlmədən işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edə bilirlər. Bu mərhələni uğurla keçən namizədlər müsahibələrdə də onlayn şəkildə iştirak edə bilirlər.
ADY-nin rəsmi saytının "Karyera" bölməsində (career.ady.az) işə qəbul prosesi haqqında bütün məlumatları əldə etmək, cari vakansiyalarla tanış olmaq və onlara müraciət edib müsabiqədə iştirak etmək mümkündür.
ADY-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov məsələni şərh edərək qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin digər sahələrində olduğu kimi insan resursları idarəçiliyi sahəsində də davamlı islahatlar aparılır:
"İnsan resursları idarəsi ADY-nin digər strukturları kimi karantin dövründə öz fəaliyyətini mövcud vəziyyətin tələblərinə uyğunlaşdırmaqla məsafədən işləmə rejiminə üstünlük verərək, daxili işlərlə yanaşı namizədlərlə və işçilərlə olan əlaqələri də elektron və onlayn qaydada tənzimləməkdədir. ADY-də işə qəbul prosesi ilə yanaşı digər insan resursları idarəçiliyi funksiyalarının da onlayn tətbiqinə başlanılmış və uğurla davam etdirilməkdədir. Məsələn, işçilərin sahə üzrə biliklərinin qiymətləndirilməsi, təlimlərin təşkili prosesləri də onlayn şəkildə icra edilməkdədir".
İşə qəbul sahəsində başlıca məqsəd gələcək karyerasını "Azərbaycan Dəmir Yolları" QSC-də qurmaq istəyən namizədlərə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bərabər şərait yaratmaq, müsabiqələrdə şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir.
ADY vətəndaşların Cəmiyyətin əməkdaşı olmaq arzusunu yüksək qiymətləndirir və bu yolda onlara uğurlar arzu edir.
ADY işə qəbul prosesini tamamilə məsafəli rejimə keçirib - FOTO

Sosial       Tarix: 22 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta krimnal bugun en son xəbərlər bugün en son xeberler bu gun