Afət Fərmanqızı: 'Alt dodağı yer süpürür, üst dodağı göy süpürür' - VİDEO

Afət Fərmanqızı: 'Alt dodağı yer süpürür, üst dodağı göy süpürür' - VİDEOÖtən gün xalq artisti Naibə Allahverdiyeva Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı qalmaqalına münasibət bildirib. O, bununla bağlı sosial şəbəkədə paylaşım edib. Naibə Allahverdiyeva ad çəkmədən Afətin ünvanına səsləndirdiyi sözlər onu hiddətləndirib. 
 Fərmanqızı instaqram hesabında video paylaşaraq Allahverdiyevanın ünvanına təhqiramiz ifadələr işlədib:
"Alt dodağı yer süpürür, üst dodağı göy süpürür. Bu aktrisa öz aləmində guya Xalq artisti ilə mənim polemikama münasibət bildirib. Sənin əyri fikirlərin əyri ağzın kimi əyridir. Ona görə də o fikirlərin keçərli deyil. Orada qeyd edir ki "Sənin nə haqqı var sənəti olan filankəsə belə sözlər deyir". Bəs onun nə haqqı var ki məni təhqir edir?".
Qeyd edək ki, Naibə Afət Fərmanqızının ünvanına "Ayıb olsun! Flora Kərimova Xalq artisti, xalqın sevdiyi sənətkardır. O, bir brenddir. Sən kimsən? Hansı titulun sahibisən? Xalq artisti öz sənətinin generalıdır. Sənin borcundur ona hörmət etmək. Susduqca, həddinizi aşmayın" sözlərini yazıb.
Xatırladaq ki, F.Kərimova Afəti məhkəməyə verib. "Mən Xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək" deyə, F.Kərimova bildirib.
Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.
///BAKU.WS

Şou Biznes       Tarix: 14 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxabar az