Afət Fərmanqızı: "Ayaz yoldaşıma mesaj yazıb ki, Vəfa Şərifovanın əri məni ölümlə hədələyir

Afət Fərmanqızı: Afət Fərmanqızı: "Ayaz yoldaşıma mesaj yazıb ki, Vəfa Şərifovanın əri məni ölümlə hədələyir"
Müğənni Afət Fərmanqızı "Dağlar oğlu" mahnısının ifaçısı Ayaz Allahverdiyevlə münasibətlərinin pozulmasına aydınlıq gətirib. 
A.Fərmanqızı "Moderator"a açıqlamasında bildirib ki, mahnısını Ayaza dəstək olmaq üçün oxuyub.
"YouTube" kanalında işlərimə baxan Əli Gəncəli adlı bir şəxs var. O mənə dedi ki, "eloğlum var, bir ildən çoxdur ki, "Dağlar oğlu" adlı mahnı oxuyub, heç kəs onu tanımır". Mənə bildirdi ki, Vəfa Şərifova bu mahnını icazəsiz oğurlayıb oxuyub, biz də onu "YouTube" kanalından sildirmişik. Vəfaya yığıb dedim ki, hər kimdirsə, azərbaycanlımızdır, sən onunla duet oxu, həm də mahnıya gözün düşüb. Vəfa dedi ki, "mən elələri ilə duet oxumuram, mahnını silmişəm". 
Hətta mənə dedi ki, "dueti özün oxu". Duet oxumaq fikrim yox idi. Onlar çox yalvardılar ki, duet oxuyaq. Yoldaşım da dedi ki, eybi yox, kömək edək. Mahnını oxudum. Həmin ifanı Əli Polimehrin köməyi ilə 40 İran "Instagram" səhifəsində paylaşdırdım. Mahnı, necə deyərlər, tanındı və gündəm yaratdı. Mahnı tutandan sonra Vəfanın mahnıya tamahı düşdü. Axı o vaxt mahnını silmişdi. Ayaz tez-tez mənə şikayət edirdi ki, Vəfa məni saymır, mahnını "TikTok"a qoyur. Mən də ona deyirdim ki, beş min manat al, qoy oxusun.
Dedi ki, "100 min də versə, mən kişiyəm, mahnını Vəfaya vermərəm". Sən demə, o, Vəfadan dörd min alıb mahnını ona verib, mənə də bildirməyib. Mən də Vəfaya deyirəm ki, niyə belə hörmətsizlik edirsən?! Məlum olur ki, Ayaz mənim vasitəmlə Vəfanı qısqandırır. Yəni mənim vasitəmlə Vəfadan pul almaq üçün bu üsuldan istifadə edir. Sonra yoldaşıma yazıb ki, "Vəfanın əri məni ölümlə hədələyir". Mənə və yoldaşıma yazdığı mesajlar da əlimdədir, sizə təqdim edəcəyəm. O elə bilir ki, canını qurtaracaq, deyəcək ki, o mesajları Afət özü-özünə yazıb. Ekspertiza var, yazışmalar var, səsləri var. Deyirdi ki, mahnını sənə halal edirəm, onlar oxusa,, ruhum rahat olmaz. Yoldaşım onun ikiüzlü olduğunu biləndən sonra ona deyib ki, sən nə axmaq adamsan? Bizi niyə bu oyunun içinə salmısan? O da yoldaşımın ünvanına təhqiramiz ifadələr işlədib", - deyə Afət Fərmanqızı bildirib.
Afət Fərmanqızı əlavə edib ki, Vəfa Şərifova ilə münasibətlərinin pozulmasına Ayaz Allahverdiyev vəsilə olub.
"Amma mən Vəfadan inciyirəm, Ayazdan yox. Ayazı biz tanımırıq, hələ bilmirik ruhi vəziyyəti necədir. Bəlkə o, şizofreniya xəstəsidir? Mən Vəfanı tanıyıram, o da məni. Mən Vəfaya zəng etmişəm ki, sən bu mahnını oxumaq istəyirsənsə, mən icazəsini alım. Deyir ki, yox, silmişəm mahnını. Mənə deyir ki, gedin, siz duet oxuyun, işiniz avand olsun. Özü götürüb bu yandan mahnını oxuyur. Qəşəng münasibətimiz var idi. O görür ki, mahnı tutdu, üç aydan sonra Ayazı dilə tutub, pul verib və mahnını Ayazdan alıb. Bəs bizim dostluğumuz harada qaldı?!" - deyə müğənni yekunlaşdırıb. / oxu.az

Şou Biznes       Tarix: 19 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist


yeni xeberler azerbaycan xeberleri son xeberler siyaseti xeberler bugun son xeber 2026 xeberler cəbhədən yeni xəbərlər