Afət Fərmanqızı: "İlhamə Quliyevanın sağlığında danışa bilmirdinizsə, indi susun

Afət Fərmanqızı: Afət Fərmanqızı: "İlhamə Quliyevanın sağlığında danışa bilmirdinizsə, indi susun"
"Mən Azərbaycanda yaşayanda, şou-biznesin mərkəzində olduğum üçün çox da fərqinə varmırdım. Düşünürdüm ki, elə belə də olmalıdır. Moskvada yaşayandan Azərbaycan şou-biznesi çox aydın görünür. Primitiv, bəsit mövzuların üstündə söz-söhbət baş alıb gedir. Bu da o deməkdir ki, şou-biznesdə özbaşınalıqdır. Rəhmətlik İlhamə xanım Quliyevanın vaxtında hardasa böyük-kiçik məsələsi var idi. Haqlı-haqsız bilinirdi. İlhamə xanım həddini bilməyənləri yerində oturdurdu".
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib:
"İlhamə xanım rəhmətə gedəndən sonra vaxtilə danışa bilməyənlər çıxıb danışdılar. Buna da kimlər şərait yaratdı? Vaxtilə İlhamə xanımın yanında yaltaqlanan, ona hər gün kompliment deyən bəzi aparıcılar. Onlar bəzi adamları verilişlərində çıxarıb reytinq naminə danışdırdılar. Amma bu kənardan çox pis görünür. Onlar həmin aparıcıların verilişində bəzən İlhamə xanımın ünvanına da xoşagəlməz sözlər dedilər. Xalq hamısını çox yaxşı tanıyır. Onların rəylərdə cavabını da verirlər. Ay aparıcı, ay müğənni hünərin çatırdısa İlhamə xanının sağlığında deyərdin bu sözləri. Ölünün arxasınca danışmazlar. Kimin hünəri çatırdısa onun sağlığında danışardı. Danışa bilmirdilərsə indi mumlayıb, sussunlar".
O daha sonra toy sahəsindən danışıb.
"Toy özü böyük bir məktəbdir. Hər adamın hünəri çatmır ki, altı saat hər gün yeni-yeni mahnılarla, repertuarını təzələyə-təzələyə insanların ruhunu oxşasın. Bu da hər müğənniyə nəsib olmur. Özümü toy sahəsində ən uğurlu üç-beş müğənnidən biri hesab edirəm. Kifayət qədər normal qonorara el şənliklərinə dəvət alıramsa, bu özü bir uğurdur. İnsanlara zorla deyə bilməzsən ki, sən Allah məni özünlə toya apar. Bir-iki toya səni xətir-hörmətə dəvət edərlər, bəs ondan sonra?! Bu illərlə, aylarla davam edirsə demək ki, uğur ortadadır", - deyə müğənni qeyd edib.
Sənətçi bildirib ki, toy məclislərində muğama bir o qədər də yer yerilmir. Amma istisnalar var.
"Mən toy sahəsini həm şou-biznesə aid edirəm, həm də çox ciddi bir sahəyə. Toy dedikdə gözümüzün qabağına şənlənmək, oynamaq gəlir. Bizim ixtiyarımız yoxdur ki, illərlə gözlədikləri gün gedib onları ağladıb, kədərləndirək. Onlara sevinc bəxş etməyə gedirik. İnsanların illərlə arzuladıqları gün üçün dəvət etdikləri müğənni də demək ki, ciddi bir müğənnidir. Toy ab-havasında muğama çox da tələbat yoxdur. Bunu hamı təsdiq edə bilər. O səbəbdəndir ki, xanəndələr toya dəvət almır. Amma Bakı, Qarabağ bölgəsində müəyyən qədər muğamlara yer verildiyinin şahidi olmuşam. Amma demək olar ki, son vaxtlar o da azalmağa doğru gedir. Muğam oxuyanlardan hansılar öz repertuarlarını toy sahəsinə uyğunlaşdırıblarsa, həmin xanəndələrdə toy sahəsində aktivlik hiss olunur. Gənc xanəndələr var ki, repertuarlarını artıq toy sahəsinə uyğunlaşdırıblar. Bu da onların bu gün gündəmdə olmaqlarına köməkdir", - deyə müğənni vurğulayıb. / oxu.az

Şou Biznes       Tarix: 01 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər.az son xəbərlər bugün 2026 en yeni xeberler sonxeber