Afra Saraçoğlu İstanbul aeroportunda saxlanıldı
Türkiyədə Bakırköy prokurorluğu tərəfindən 18 sentyabrda narkotik işi üzrə başladılan istintaq davam edir.
NTV xəbər verir ki, bu iş üzrə aktrisa Afra Saraçoğlu Fransadan qayıdarkən İstanbul hava limanında saxlanılıb.
Saraçoğlu daha əvvəl sosial media hesabında xaricdə işgüzar səfərdə olduğunu və ifadə vermək üçün ən qısa müddətdə geri qayıdacağını bildirmişdi.
Qeyd edək ki, 18 sentyabrda İstanbulda məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik əməliyyatı keçirilib. Əməliyyat Bakırköy Respublika Baş Prokurorluğunun apardığı "Məşhurlara qarşı narkotik araşdırması" çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyat zamanı 15 nəfər saxlanılıb. Saxlanılanlar arasında aktyor Aras Bulut İynemli, müğənni Sefo (Seyfullah Sağır), aktrisa Melis Sezen, aktrisa Nilperi Şahinkaya, Hande Demir, keçmiş futbolçu Hasan Şaş, aktrisa Melis İşiten, aktrisa Yeliz Yeşilçimen, müğənni Anıl Durmuş, aktrisa Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacı da var. / azxeber.com

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı