"Ağadadaş Ağayevin kim olduğunu hamı yaxşı bilir" - Qalmaqallı sözlər

"Ağadadaş Ağayevi uşaqdan-böyüyə kimi hər kəs tanıyır, onun kim olduğunu bilirlər. Ancaq son hərəkətini eşidəndən sonra şoka düşdüm. O, mühafizəçinin üzərinə getməməli idi". 
azxeber.com yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri filologiya üzrə fəlsəfə doktoru Anar Vəziroğlu saytımıza açıqlamasında deyib. Ekspert Ağadadaş Ağayevin adının hallandığı insidentə münasibət bildirib: 
"Məhkəmədə hər hansı bir hadisə səbəbindən müqəssirlərə cəza verilmədən öncə tərəflərə sual olunur ki, həmin vaxt ayıq olub, ya yox. Ağadadaş Ağayevlə yaxın olmasam da onu tanıyıram. Əvvəllər yaxşı içki içən idi. Ancaq indi həccə getdiyi deyilir. Hadisə zamanı ayıq olub-olmadığını dəqiq bilmirəm. Fəqət görüntülərdən də məlum olur ki, hər iki tərəfin ağlı başında olub. Münaqişə isə səhər saatlarında baş verib. Bütün bunları ekspertiza müəyyənləşdirəcək. Mən sadəcə bunu deyə bilərəm ki, hər bir ziyalı, cəmiyyət qarşısında olan insanın qorxusu olmalı, öz-özünü qorumağı bacarmalıdır. 
Deyək ki, 10 nəfərin içidə 5-i məni tanıyır. Necə ola bilər ki, küçənin ortasında durub qışqırım, bağırım, kiməsə balta atım? Bütün bunlardan da sonra özümə haqq qazandırım. Dərd də gələndə batmanla gəlir. Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlunun "Qətl günü" romanı bu fraza ilə başlayır. Ziyalı insana da nə isə deyiləndə 3 qat daha çox olur. Ona görə ki, bu sözlər təkcə küçədən keçən insanlar üçün yox, eyni zamanda tanınmışlar üçün də keçərlidir". 
A.Vəziroğlu oxşar hadisələrin yaşanmaması üçün maraqlı təklif irəli sürüb:
"Əsas məsələ budur ki, bu məsələ yox idisə, həngamə niyə baş verdi? Olubsa da, vaxtında açıq-aşkar demək lazımdır. Elə bilirsiniz ki, o mühafizəçi Ağadadaş Ağayevi tanımayıb? Çox gözəl tanıyıb. İnanmıram ki, tanımasın. Uşaqdan-böyüyə hər kəs onu tanıyır, kim olduğunu bilir. Ancaq onun son hərəkətini eşitdikdən sonra şoka düşdüm. Axı niyə mühafizəçinin üstünə getməli, onunla əlbəyaxa olmalı idi ki, qarşılığında da belə olsun. 
Təklif edirəm ki, bütün belə hadisələrin qarşısının alınması üçün ədəb-ərkan polisi yaradılmalı, insanları elə işlərdən çəkindirib, maarifləndirməlidir. Cəmiyyətin içərisindən sayılıb seçilən adamlar dəvət olunmalı, vətəndaşları başa salmalıdır. Dövlət qayğısına qalsa, camaat da tənzimlənər və heç kəs tituluna arxayn olmaz. Bütün bunların kökündə savadsızlıq dayanır. İnsanlar oturub kiminsə bir söz deməyini gözləyirlər ki, görək filankəs nə deyəcək. Sonra da deyirik ki, ölümlər, cinayətlər çoxalıb". 

Şou Biznes       Tarix: 27 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari bugünkü son xəbərlər son xəbərlər azərbaycanda hava durumu