Ağadadaş Ağayevlə bağlı xoş xəbər: Tibb elmi möcüzə yaratdı
Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.
Azxeber.com xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənni Türkiyədə ard-arda üş əməliyyat keçirsə də səhhəti yaxşılaşmağa başlayıb. Bu haqda Hacı Nuran sosial şəbəkə hesabında yazaraq məlumat verib ki. O, bildirib ki, xalq artisti artıq Bakıya qayıdır:
"29.06.2021 ... O qədər sevincliyəm ki... Mən axı hər ağızda bir dua var demişdim, mən axı xalqın alqışı sənətkarını xilas edəcək deyə, inanmışdım. Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı. Çünki mənim qardaşım, dostum - Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev bu gün Vətənə qayıdır, özü də sağlam, gümrah. Allahın köməkliyi ilə, tibb elmi möcüzə yaratdı. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi. Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Mən bilirəm o xəstəxana çarpayısı nə deməkdir, mən bilirəm, o həkimlərin sözlə dolu gözlərinə baxmaq nə deməkdir, nə deməkdir saatlarla reanimasiya qapısında, cərrahiyyə qabağında gözləmək. Və bütün bunlardan insanı bir şey xilas edir: dua və inam. Elə Ağadadaş Ağayev də inanırdı. İnanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına, elə mən də inanırdım, özü də çox inanırdım. Budur, qardaşım qayıdır. Vətənə, ailəsinə, səhnəyə ...".
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq