Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Ağcabədidə xalauşaqları evlənib.
azxeber.com xəbər verir ki, Avşar kəndində xalaoğlu ilə xalaqızının ailə qurması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.
Qurumdan bildirilib ki, qanunvericiliyə əsasən, yaxın qohumlar arasında nikahın qeydiyyatı aparılmır və belə şəxslər rəsmi ər-arvad statusu daşımırlar. Üstəlik, bu cür münasibətlər tərəfləri bir sıra hüquqlardan da məhrum edir.
Hüquqşünasların sözlərinə görə, bu adətən mirasla bağlı məsələlərdə özünü göstərir:
"Vərəsəlik, sosial təminat, o cümlədən tərəflər arasında münaqişələr yarandığı təqdirdə aliment öhdəlikləri ilə bağlı və s. məsələlərdə bir tərəfin digər tərəfə qarşı iddia qaldırmaq hüququ olmur".
Bəs, belə evliliklərdən dünyaya gələn uşaqların hüquqları necə qorunur?
"Qanunvericiliyə əsasən, nikahda olmayan şəxslərin övladları olduqda, həmin şəxslər müraciət edir və uşağın valideynləri kimi qeyd edilirlər. Ayrılma zamanı isə ata uşağın atası olmaq üçün müraciət etmirsə, bu zaman uşağın soyad almaq məsələsi ciddi bir problemə çevrilir.
Aliment məsələsində isə gərək xanım əvvəlcə atalığı müəyyən etdirə, daha sonra aliment ala", — deyə hüquqşünaslar bildirib.
Daha ətraflı İTV-nin süjetində:

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü
"Sabah" ev oyunlarını bu stadionda keçirəcək
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu