Ağdam sakini: "Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir" - FOTO

Ağdam sakini: "Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir" - FOTOAğdam sakini: "Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir" - FOTO
2020-ci il 20 noyabr tarixi - Ağdamın yağı düşməndən təmizləndiyi şanlı gün. Bu tarix təkcə ağdamlılar deyil, bütün Azərbaycan üçün qürur günüdür.
AZƏRTAC xəbər verir ki, Ağdam sakinləri öz doğma yurdlarına köçməyi səbirsizliklə gözləyir. 27 illik vətən həsrəti bitən ağdamlılar indi ən sevincli anlarını yaşayır.
Ağdamın İsmayılbəyli kənd sakini Əliyev Burcu deyir ki, bizim üçün Ağdamın azad edilməsi xəbəri ən böyük xoşbəxtlik hissidir. Hər zaman arzu edirdim ki, öz doğma ata-baba yurdumda dəfn olunum. Mənim yaşım çoxdur. Ağdamdan çıxdığımız gündən bir an belə inamım itmədi. Hər zaman öz torpağımıza qayıtmaq arzusu ilə yaşadım. Bu gün Müzəffər Ali Baş Komandanın söylədiyi "Ağdam azaddır" ifadəsi bizim üçün əvəzsiz hədiyyə oldu. İndi səbirsizliklə doğma yurdumuza qayıtmağı gözləyirik. Ordumuz var olsun, Müzəffər Ali Baş Komandan sağ olsun, zəfər yürüşümüz düşmənə elə bir zərbə oldu ki, həm torpaqlarımız azad edildi, həm də şəhidlərimizin qisası alındı.
Elmira Əliyeva isə sevinc hisslərini belə ifadə edib: "Bizə bu sevincli anı bəxş etdiyi üçün sağ olsun Müzəffər Ali Baş Komandan, var olsun Ordumuz. Bizim Ağdamda yarım qalan həyatımız yenidən canlanır. Düzdür biz qaçqınçılıq dövründə də dövlətimiz tərəfindən bütün qayğı ilə əhatə olunduq, amma bizim doğma torpaq sevgimiz, həsrətimiz ürəyimizdə bir yara idi. Lakin bu yara indi sağaldı, şəfa tapdıq".
Alnımızdan məcburi köçkün sözü silindi deyən Əliyev Füzuli indi doğma torpağına qayıtmaq üçün səbirsizlənir: "Biz illərdir İmişlidə məskunlaşmışıq. Evlər tikilib, bizə lazımi şərait yaradılıb. Ancaq bu illər ərzində doğma torpağımızdan uzaq qalmaq bizə çətin idi. İndi ən xoşbəxt anı yaşayırıq. Çünki Ağdamımız yağı düşmən tapdağından azad edilib. Bu gözəl anlar üçün Müzəffər Ali Baş Komandana təşəkkür edirik, var olsun şanlı Ordumuz".
Ağdam sakini: "Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir" - FOTOAğdam sakini: "Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir" - FOTOAğdam sakini: "Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir" - FOTOAğdam sakini: "Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir" - FOTOAğdam sakini: "Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir" - FOTOAğdam sakini: "Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir" - FOTO

Sosial       Tarix: 21 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm


yeni xeberler azerbaycan xeberleri son xeberler en yeni xeberler krimnal xeber bugünkü son xəbərlər siyaseti xeberler bugun