Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb.
azxeber.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb.
Qeyd olunub ki, 2011-ci il təvəllüdlü, Ağdam rayon sakini Samirə Həsənova (şərti ad) oktyabrın 1-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə getməsi barədə ailəsi tərəfindən "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib: "Məlumat daxil olduqdan dərhal sonra polis əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən də, məsələ ilə bağlı araşdırma aparılıb və aidiyyəti qurumlarla əlaqələndirmə həyata keçirilib.
Araşdırma zamanı azyaşlının Şəmkir rayon sakini olan şəxslə evlənmək məqsədilə ailəsindən xəbərsiz getdiyi müəyyən edilib. Onun 15 yaşında olması nəzərə alınaraq, polis əməkdaşlarının keçirdiyi operativ tədbirlər nəticəsində yeri qısa müddətdə müəyyənləşdirilib və tapılaraq ailəsinə təhvil verilib. Beləliklə, azyaşlının təhlükəsizliyi təmin olunub və erkən evliliyə cəlb edilməsinin qarşısı alınıb".
Bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma Ağdam Rayon Polis Şöbəsi tərəfindən davam etdirilir.

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Survivor 2027'nin kapitanları onlar oldu
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab
Stresə qarşı ən yaxşı vasitə açıqlandı
Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi
"Barselona" rekord qırdı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı
İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı
Bakıda məktəb mühafizəçisinə hücum edildi
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto
Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı