Ağdamda altı nəfər minaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO

Ağdamda altı nəfər minaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEOAğdamda altı nəfər minaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO
Artıq xəbər verdiyimiz kimi, Ağdamda altı nəfər minaya düşüb, iki nəfər ölüb. 
Oxu.Az hadisə ilə bağlı fotoları təqdim edir: 
Ağdamda altı nəfər minaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEOAğdamda altı nəfər minaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEOAğdamda altı nəfər minaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO19:37
Ağdam rayonunda minaya düşən mülki şəxslərdən daha biri ölüb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan biri - 1987-ci il təvəllüdlü Hüseynov Bayram Akif oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
19:20
Ağdam rayonunda altı nəfər minaya düşüb.
"Report"un xəbərinə görə, hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.
Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu - 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.
Nəticədə Razi Hüseynov ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri - Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.
Hadisə nəticəsində yeddi yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
18:43
Ağdamda minaya düşən şəxslərin kimliyi məlum olub.
Trend-in məlumatına görə, onlar Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Nadir oğlu, Hüseynov Hüseyn Razi oğludur.
Hazırda ərazidə minatəmizləmə işləri aparılır. Bu səbəbdən yaralıları ərazidən götürmək mümkün deyil. Minatəmizləmə işləri bitdikdən sonra yaralılar oradan götürüləcək.
Qeyd edilir ki, minaya düşənlərdən Hüseynov Hüseyn Razi oğlu Hüseynov Akifin nəvəsidir və o, heç bir xəsarət almayıb.
18:26
Ağdam rayonunda dörd mülki şəxs piyada əleyhinə minaya düşüb.
Trend-in məlumatına görə, hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir. Minaya düşənlər məcburi köçkünlərdir, həmin əraziyə icazəsiz səfər ediblər.
Faktla bağlı araşdırma aparılır.

Sosial       Tarix: 16 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır

Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, vətəndaşların raha

Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. İlkin məlumata görə, "KIA"

Xanım deputata ağır itki

Deputat Səbinə Salmanovaya ağır itki üz verib. -un "Unikal"a istinadən məlumatına görə, mərhumun atası Qədir Salmanov dünyasını dəyişib. Mərhum sabah Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılacaq. 3 mərasim

Faciəvi şəkildə həlak olan DSX əsgərinin - Fotosu

Xəbər verdiyimiz kimi, Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. "Qafqazinfo"y

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar

Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesa

Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub. xəbər verir ki, avronun 0,2 % azalaraq 1,9359 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6

İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır

Ekspertlər işlənmiş avtomobildə gizli problemləri necə tez bir zamanda müəyyən etməyin yollarını açıqlayıblar. İşlənmiş avtomobili almaq həmişə böyük bir risk daşıyır. . Bu sahə üzrə ixtisaslaşmış ekspertlər odometri ger

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 azerbaycan apa.az xeberler hava haqqinda kriminal xeberler