Ağdamda altı nəfərin minaya düşüb, ikisinin ölməsi ilə bağlı cinayət işi açılıb - RƏSMİ

Ağdamda altı nəfərin minaya düşüb, ikisinin ölməsi ilə bağlı cinayət işi açılıb - RƏSMİAğdamda altı nəfərin minaya düşüb, ikisinin ölməsi ilə bağlı cinayət işi açılıb - RƏSMİ
Martın 16-da saat 16 radələrində 6 mülki şəxsin Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlunun qeyd edilən ərazidə minaya düşmələri nəticəsində çoxsaylı ağır dərəcəli bədən xəsarətləri almaları, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlunun aldığı xəsarətlərdən həlak olmaları, azyaşlı Hüseynov Hüseyn Razi oğlunun isə hər hansı xəsarət almaması müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir. /oxu.az

Sosial       Tarix: 16 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler az maşın realiti şou xabarlar